Niger deltası — Nigerin cənubunda Niger çayının əmələ gətirdiyi delta. Ölkənin sıx məskunlaşılmış regionlarından biridir. Niger hökumətinin məlumatına görə vilayət 70, 000 km² ərazini əhatə edir. Region ölkənin 7,5 % ərazisini əhatə edir.
Əvvəllər vilayətin ərazisinə 3 ştat daxil idi: Delta, Bayels və Riverz. Ancaq 2000-ci ildə Olusequn Obasanconun hakimiyyəti dönəmində Niger deltasına 6 ştat daxil edilir: Abia, Edo, İmo, Kross River, Akba İbon və Ondo.
Delta ərazisində ümumilikdə 31 mln insan[1] yaşayır. Bu əhali 40 etnik qrupda birləşir. Etnik baxımından İco və İqbo xalqları üstünlük təşkil edir.
İl ərzində deltadan 3 mln barel neft hasil edilir. Son zamanlar isə hasilat 2 mln barelfən aşağı enmişdir.