Nihad Tağızadə

Nihad Kənan oğlu Tağızadə (20 iyul 2004, Bakı) — Azərbaycanlı kikboksçu. Kikboksinq üzrə 3 qat Azərbaycan çempionu, gənclər arasında Avropa çempionu,[1] WAKO versiyası üzrə yeniyetmələr arasında dünya kubokunun sahibi.[2]

Nihad Tağızadə
Nihad Kənan oğlu Tağızadə
Şəxsi məlumatlar
Tam adı Nihad Kənan oğlu Tağızadə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (19 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Kikboksinq
Karyera illəri 2015h. h.
Məşqçisi Rəhim Allahverdiyev, Sürac Ələkbərov
Boyu 168 sm.
Çəkisi 51 kq.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nihad Tağızadə 20 iyul 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Karyerasına 11 yaşında başlamışdır.[3]

2019 -cu ildə Macarıstanın Gyor şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 42 kq çəki dərəcəsində Avropa ikincisi olmuşdur.

2019-cu ildə Rusiyanın Anapa şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 42 kq çəki dərəcəsində dünya kubokunun sahibi olmuşdur.

2021-ci ildə Montenegronhn Budva şəhərində WAKO versiyası üzrə gənclər arasında 51 kq çəki dərəcəsindë Avropa çempionu olmuşdur.[4]

2021-ci ildə Türkiyənin Antalya şəhərində kişilər arasında avropa çempionatında Avropa ikincisi olmuşdur.[5][6]

8 peşəkar döyüşdə 8 qələbəsi vardır. Kikboksinq üzrə 3 qat Azərbaycan çempionu, Boks üzrə 2 dəfə Azərbaycan üçüncüsü, 1 dəfə Azərbaycan ikincisi olmuşdur. Beynəlxalq yarışlarda 200-dən çox qələbəsi vardır.[7][8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nihad Tağızadə Avropa birinciliyinin qalibi olub". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  2. "Azərbaycan döyüşçüsü Nihat Tağızadə Gürcüstanda beynəlxalq turnirin qalibi olub". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  3. "15 yaşlı idmançımız beynəlxalq turnirdə qalib olub". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  4. "İdmançımız Markariyana qalib gəldi - FOTO". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  5. "Türkiyədə keçirilən kikboksinq üzrə Avropa çempionatında yeddi idmançımız finala çıxdı". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  6. "Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  7. "İdmançımız ermənini nakauta saldı - VİDEO". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  8. "Azərbaycan döyüşçüsü dünya kubokunun qalibi oldu - FOTO". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.