Nihat Verdiyev

Nihad Nicat oğlu Verdiyev (19 dekabr 2003, Daşkəsən rayon Qaraqollar kəndi – 13 sentyabr 2022, Laçın rayonu) – Azərbaycan Ordusu, Laçın istiqamətində gedən döyüşlərdə Şəhid olub.

Şəhid Verdiyev Nihad Nicat oğlu
Verdiyev Nihad Nicat
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Daşkəsən
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri [Laçın rayonu]]
Vəfat səbəbi şəhid
Dəfn yeri Gəncə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Döyüşlər 12-14 sentyabr tarixində Azərbaycan-Ermənistan sərhəd toqquşması
Təltifləri

"Vətən uğrunda medalı"

3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni

Nihad Verdiyev 2003-cü il dekabrın 19-da Daşkəsən rayonu, Qaraqollar kəndində Nicat və Vüsalə Verdiyevlərin ailəsində anadan olmuşdur. Ailəsinin Nihaddan başqa bir qız övladı var. Subay idi.

Şəhidimiz 2010-cu ildə Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə təhsilə başlamış və 2021-ci ildə təhsilini başa vurmuşdur.

Nihad Verdiyev 2021-ci il 20 dekabr tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2022-ci il 6 yanvar tarixdən Müdafiə Nazirliyi Azərbaycan Quru Qoşunlarının sıralarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır. Daha sonra xidmətini Laçın rayonunda yerləşən "N" saylı hərbi hissəsində davam etdirmiş, intizamlı və cəsarətli Azərbaycan Əsgəri kimi xidmət keçmişdir. Hərbi xidmət dövründə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən mükafatlandırılmış, hərbi xidmətə yeni qəbul olunmuş əsgərlərə nümunəvi əsgər kimi təqdim edilmişdir. 2022-ci il avqust ayında qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürlərinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurma cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatında mərdliklə iştirak etmiş və nəticədə Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində böyük şücaətlik göstərmişdir.

2022-ci il Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin, Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınmasında döyüş yoldaşları ilə birgə, 5 hərbi postun azad edilməsində iştirak etmişdir. Döyüşlərdə Nihad Verdiyev və bir neçə döyüş yoldaşı şəhidlik zirvəsinə ucalmış, neytral ərazidə qaldığı üçün Şəhidimizin nəşi 3 gün sonra — 16 sentyabr tarixində ailəsinə təhvil verilmiş və elə həmin gün də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Ölkə başçısının 2022-ci il 5 noyabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Hərbi Xidməti[redaktə | mənbəni redaktə et]

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Verdiyev Nihad Nicat oğlu Gəncənin Şəhidlər xiyabanında dəfn olunub. Gəncənin Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib. Burada təşkil olunan vida mərasimindən sonra, şəhidimiz Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.

Dəfndən sonra şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib, Azərbaycan himni səslənib, yaylım atəşi atılıb.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan şəhidi". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.