Nika qiyamı (yun. Στάσις τοῦ Νίκα) — 532-ci ilin yanvar ayında 1 həftə ərzində imperator Yustinianı devirmək üçün baş verən qiyam. Üsyan bəzən şəhərin tarixi boyunca ən qanlı qiyam olaraq qeyd edilir, Konstantinopol əhalisinin demək olar ki, yarısı yandırıldı, on minlərlə insan öldürüldü.
Nika qiyamı | |
---|---|
Yer | Konstantinopol |
Tarix | yanvar 532 |
Səbəb |
Yustinian və iki səlahiyyətli (Kappadokiyalı Con və Tribonian) şəxsin özbaşınalığı və korrupsiyası Yüksək vergilər Conun borclulara qarşı qəddarlığı |
Əsas məqsəd | Yustinianı devirmək |
Nəticə | Üsyan amansızlıqla yatırıldı, Hippatus (keçmiş imperator Anastasiusun qardaşı oğlu) və tərəfdarları edam edildi |
Həlak olanlar | 30minə yaxın qiyamçı öldürüldü [1] |
Qədim Roma və Afinanın demes[2] adlanan assosiasiyası idman oyunları əsasən də at arabası yarışları ilə dəstəklənirdi. İlk başlar yarışlarda oyunçular dörd hissəyə bölünürdü, oyunçular hər hissənin rənginə uyğun uniformalar geyinirdi. Onlar Mavilər (Veneti), Yaşıllar (Prasini), Qırmızılar (Russati) və Ağlar (Albati)[3] idi. 6-cı əsrdə öz aktivliyini qoruyan sadəcə mavilər və yaşıllar idi, hətta imperator Yustinian özü də mavilərin tərəfdarı idi.
Demes artıq Bizansın həm sosial həm də siyasi mövzusu halına gəlmişdi.[4] Onlar artıq küçə quldur dəstələrinin və siyasi partiyaların aspektlərini birləşdirərək, teoloji problemlər və taxt iddiaçıları ilə bağlı mövqe tuturdular. Onlar tez-tez yarışlar arasında siyasi tələblər səsləndirərək imperiya siyasətinə təsir göstərməyə çalışırdılar. Artıq bəziləri onların Yustiniandan daha çox taxta layiq olduğunu düşünürdülər.
531-ci ildə Mavilər və Yaşıllar at arabası yarışlarından sonra çıxan bəzi qətliamlara görə günahlandırılıb həbs edildi.[5] Qatillərin çoxu daha sonra tapıldı və edam edildi. Lakin 532-ci il yanvarın 10-da onlardan ikisi, bir Mavi və bir Yaşıl qaçaraq qəzəbli kütlənin əhatəsində olan kilsədə sığınacaq axtardılar.
Yustinian gərgin idi: İberiya müharibəsi artıq qurtarmaq üzrə idi və onlar farslarla danışıq aparırdılar, bu məqamda Yustinian şəhərdəki qiyamlara vaxt ayıra bilmirdi. Bu səbəbdən Yustinian 13 yanvarda yenidən at yarışlarının keçiriləcəyini və edam qərarlarını sadəcə həbs cəzasına çevriləcəyini elan etdi.