Nikara qala kompleksi

Никарa (çeç. Никара) — Çeçenistan Respublikasının orta əsr memarlığının ən yaxşı qorunan abidələrindən biri, qədim qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XII əsrə aid edilir.

Nikara
çeç. Никара
Xəritə
42°49′22″ şm. e. 45°21′56″ ş. u.
Ölkə Rusiya Rusiya
Rayon Qalançoj rayonu
Yerləşir Çeçenistan, Qalançoj rayonu
Tikilmə tarixi XII əsr
Üslubu Çeçen memarlığı
DövlətÇeçenistan
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Kompleks Çeçenistan Respublikasının cənub-qərbində,Qalançoj rayonunun dağlıq ərazisində keçmiş Nikaro kəndində yerləşir. Qala üç tərəfdən dağ silsilələri ilə əhatələnmiş Nikar-exk çayının iki qolunun qovşağında dar, əlçatmaz qayalı silsilədə ucaldılmışdır.[1] Qala kompleksi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir.

Qala memarlığı Çeçenistanın dağlıq bölgələrində ən yüksək inkişafa çatdı. Bu, xüsusilə orta əsrlər memarlığının zirvəsi olan müdafiə qalalarının memarlığında özünü büruzə verirdi.

Nikara ayrıca XIV əsrə aid ayrı bir qala kompleksidir. Terloyev dərəsinin yüksək dağlıq bölgəsində yerləşir. 1958-ci ildən Terloyev dərəsi V.İ.Markovinin rəhbərliyi altında SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun, Şimali Qafqaz Ekspedisiyasının Dağ (Arqun) dəstəsinin tədqiqat sahəsinə çevrilmişdir.

"Nikara" tarixi-memarlıq kompleksi 2005-ci ildən etnoloq L.İlyasov tərəfindən dəfələrlə tədqiq edilmişdir.[2]. 2019-cu ilin iyun ayında Terloyev dərəsindəki Nikara qala kompleksindən uzaq olmayan Eld-Pxa şəhərində bir qrup arxeoloq divarın hörgüsünün içərisində qədim gürcü əlifbalı yazısı olan daş aşkar etmişlər. Gürcü əlifbalı yazıda "Tamr" sözü yazılmışdı. Eyni zamanda, arxeoloqlar bu qədim gürcü əlifbasının Gürcüstanda X–XII əsrlərdə istifadə olunduğunu, bu da kraliça Böyük Tamaranın Gürcüstanda hakimiyyəti dövrünə təsadüf edir. Binalardan birinin xarabalıqları üzərindəki yazı, yəqin ki, Gürcüstanın çeçen cəmiyyətləri ilə mədəni əlaqələrinin olduğuna işarədir. Eyni tapıntılar 1975–76-cı illərdə elmi məqalələrdə verilmiş və təsvir edilmişdir.[3]

Nikara piramidal pilləli damı olan beş mərtəbəli müdafiə qalasındsn, məsciddən, ondan çox yaşayış binasından və köhnə müsəlman qəbiristanlığından ibarətdir. Nikaro yaşayış qalalarından biri digər tipik qalalardan fərqlənən özünəməxsus memarlıq üslubuna malikdir. Klassik yaşayış qalası yuxarıya doğru daralan kvadrat formalı,yuxarıya doğru daral 2 və 4 mərtəbəli idi (adətən 8–10 × 8–12 m) (lakin Nikara kəndində 6 mərtəbəli biri qorunub saxlanılmışdır), düz torpaq damı var idi. Daralma yuxarı hissədə divarların incəlməsi və içəriyə meyl etməsi hesabına əldə edilmişdir. Divarların qalınlığı aşağıdan 1,2–0,9 metrdən yuxarıda 0,7–0,5 metrə qədər dəyişirirdi. Qalada yemək ehtiyatlarının saxlanması üçün divarların boşluqlarında hazırlanmış soyuducu kameralar qorunub saxlanılmışdır. Tağların üzərində günəş işarələrindən ibarət spiral şəklində petroqliflər qorunub saxlanılmışdır.[4].

  1. Абдуллах Берсаев. "Никарой. Чечня". National Geographic Россия (rus). Nat-geo.ru. 2015. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  2. "«Неизвестная Чечня» исследует башенный комплекс Никарой | Информационное агентство "Грозный-Информ"" (rus). www.grozny-inform.ru. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  3. "В Чечене обнаружены уникальные артефакты, связанные с жизнью легендарной царицы Тамары | ДВУГЛАВЫЙ ОРЕЛ" (rus). 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  4. Абдуллах Берсаев, Тимур Агиров. "Башенный комплекс Никарой (105 фото, 7 панорам) - Горная Чечня" (rus). Открытый Кавказ. 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  • Ильясов Л. М. Тени вечности. Чеченцы: архитектура, история, духовные традиции : науч.-попул. работа / Ред. С.-М. Хасиев, ассист. Р. Дошаев. — "Благотворительный фонд им. З. Бажаева". — М. : Пантори, 2004. — 384 с. : ил. — 5000 экз. — ISBN 5-91280-013-9.