Nikola Simiç

Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru.

Nikola Simiç
Doğum tarixi 18 may 1934(1934-05-18)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2014(2014-11-09) (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1957–2014
IMDb ID0799509
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı.

Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu. Həmçinin, "Srećni ljudi" (1993, 1995), "Porodično blago" (1998, 2001), "Agencija za SIS" (2006, 2007), "Ljubav, navika, panika" (2006, 2007) seriallarında da çəkilmişdir.

Nikola Simiç bir sıra xarici cizgi filmlərini səsləndirmişdir ("Transformerlər" və "Nindza tısbağalar" xüsusi ilə yadda qalan idi).

2007-ci ildə vəfat edən qardaşı Slava Simiç də aktyor idi.

Seçilmiş filmoqrafiya

[redaktə | mənbəni redaktə et]
  • 1982 — Sıx dəri — Dimitriye Mita Pantiç
  • 1984 — Boğan boğucuya qarşı — polis müfəttişi Straxiniç
  • 1984 — Probelm yoxdur — Milenko Pantiç
  • 1991 — Hər şeyin günahkarları kosmonavtlardır — kosmonavt
  • 1998 — Ulduzlara hürmək — məktəb direktoru
  • 2001 — Bumeranq — Aprtsoviç
  • 2003Supermarketdə cəfəng işKobaç

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]