Nikolay Semyonoviç Kurnakov (rus. Николай Семёнович Курнаков; 24 noyabr (6 dekabr) 1860, Nolinsk, Vyatka quberniyası[d] – 19 mart 1941) — görkəmli, rus fizika-kimyaçısı (1893), əməkdar professor (1907), kimya elmləri doktoru (1909), Peterburq EA-nın akademiki (1913) və SSRİ EA-nın, Stalin mükafatı laureatı, fiziki və kimyəvi analizinin yaradicisi.
Nikolay Kurnakov | |
---|---|
Николай Семёнович Курнаков | |
Doğum tarixi | 24 noyabr (6 dekabr) 1860 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 mart 1941 (80 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1909) |
Elmi adı | professor (1893) |
İş yerləri | Dağ İnstitutu, ETİ, Fizika İnstitutu və Kimyəvi analiz, GIPH, Qeyri-üzvi kimya |
Alma-mater | Dağ İnstitutu |
Tanınmış yetirmələri |
A. V. Nikolayev, Q. Y. Jukovski |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Semyonoviç Kurnakov Nolinsk şəhərində anadan olub. Ali hərbi məktəbi bitirdikdən sonra o, Sankt-Peterburqun Dağ İnstitutuna qəbul olundu və onu 1882-ci ildə bitirib.
Bu institunun adyunkt-professoru kimi 1885-ci ildən işləyir. «Mürəkkəb metalik əsaslar barədə» disetasiyanı müdafiə etdikdən sonra geyri-üzvi kimya professoru rütbəsinə layiq göründü. Bu iş Rusiyada kompleks birləşmələrin xüsusiyyətini və quruluşunu sistematik öyrənməsinin əsasını qoydu.
Fiziki kimya laboratoriyasının yaradıcısı və rəhbəri, Elektrotexnika İnstitutunun professoru. ETİ-də işləyərkən "Pirometre Kurnakova" (1904) ihazı yaradıb.
1902-1930-сi illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmiş, harada kimya laboratoriyasını təşkil edib.
1915 –сi ildə V. İ. Vernadski və A. E. Fersmanla birlikdə Russiyanin təbii istehsalat güclərinin tədqiqatı üzrə SSRİ –nin EA–sında komissiya təşkil etmişdir. Dövlət Tətbiqi Kimya İnstitutunun (GIPH) ilk direktoru və (1919-1927) təşkilatçılarindan biri olmuşdur.
Elmi və Texniki Araşdırmalar Dövlət İnstitutunun direktoru (1921).
SSRİ-in EA-nın platin və digər qiymətli metallar öyrənilməsi İnstitutunun rəhbəri (1922-1924).
SSRİ-in EA-nın Kimya İnstitutunun direktoru (1924).
Moskvada Elmlər Akademiyasının kimya institutundan sonra yeni qurulan SSRİ-nin EA-nin Ümumi və Qeyri-üzvi Kimya İnstitutu (1934-1941) direktoru olmuşdur. 1936-ci ildən M. V. Lomonosov adına Moskva Dövlət Universitetin professor, 1937-1341 illər ərzində geyri-üzvi kimya kafedrasını rəhbəri.
1882-1941 — Dağ İnstitutu, Nikolayevskaya 45. 1902-1930 — Politexnik Universiteti — Politexnik İnstitutu d. 29 kv. 4, indi fiziki-kimyəvi analiz laboratoriyası.