Nikolay Vasilyeviç Nikolski (19 (31) may 1878 və ya 7 (19) may 1878[1] – 2 noyabr 1961[1], Kazan) — çuvaş əsilli rus etnoqrafı, folklorçusu.
Nikolay Nikolski | |
---|---|
Doğum tarixi | 19 (31) may 1878 və ya 7 (19) may 1878[1] |
Vəfat tarixi | 2 noyabr 1961[1] (83 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri |
|
1878-ci ildə anadan olmuşdur. Kazan İlahiyyat Akademiyasını bitirmiş və orada çuvaş dilindən dərs vermişdir. 1905-ci ildə Kazan Universitetində nəşr edilən "Arxeologiya, tarix və etnoqrafiya" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 1915-ci ildə həmin universitetinin dosentliyini, 1928-ci ildə isə professorluğunu qazanmışdır. O, çuvaş dili, tarixi, etnoqrafiyası və folkloru dərslərini vermişdir. N. Nikolski 1909-cu ildə nəşr olunmuş "Russko-cuvasskij slovar'" adlı lüğətin müəllifi kimi tanınmışdır. Daha sonra onun müəllifliyi altında 1919-cu ildə isə "Kratkij cuvassko-russkij slovar'" çapdan çıxmışdır.