Nikolay Panin yaşayış binası - Rostov-na-Donu şəhərinin ərazisində, Ulyanovskaya küçəsi, ev 39 ünvanında yerləşən bina. Bina 1910-cu ildə modern stilində inşa edilmişdir. Nikolay Panin yaşayış binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
Nikolay Panin yaşayış binası | |
---|---|
rus. Жилой дом Николая Панина | |
47°12′59″ şm. e. 39°43′03″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1910 |
Memarlıq quruluşu | Modern memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Bina 1910-cu ildə Yevgeni Miaxaloviç Qulinin layihəsi əsasında Nikolay Alekseyeviç Paninin şəxsi vəsaiti ilə inşa edilmişdir[2]. Yaxınlığında yerləşən Staroobradçeski Pokrovski binası ilə vadhid tandem təşkil edir. Binada köhnə provaslav ənənələrinə xidmət edən ibadət evi vardı. Onun özüdə qədim provaslav məzhəbi icmasının üzvü olmuşdur. Hazırda bu məzhəb Rusiya qədimprovaslav kilsəsi adlanır. Ölümündən sonra o binanı məbədə verməyi istəmişdir. 1920-ci ildə bina milliləşdirilmişdir. Rostov vilayəti innzibati rəhbərliyinin 9 oktyabr 1998-ci ildə 411 saylı əmri ilə Panin binası dövlət qorumasına alınmış və regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
Panin yaşayış binası Ulyanovski küçəsində Pokrovski məbədinin qarşısında yerləşir. Bina iki mərtəbədən ibarətdir və düzbucaqlı konfiqurasiyaya malikdir. Birinci mərtəbənin pəncərələri düzbucaqlı, ikinci mərtəbənin pəncərələri isə yarımdairəvi formadadır. Binaya girişdə iki qatlı qapıya sahibdir.