Rtişev Nikolay Fyodoroviç(1754 — 8 yanvar 1835)—general-leytenant. 1812-1816-cı illərdə Qafqaz xəttində və Gürcüstandakı rus qoşunlarının baş komandanı olmuşdu.
Nikolay Rtişev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Dəfn yeri |
|
Milliyyəti | rus |
Fəaliyyəti | hərbçi |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Fyodoroviç Rtişev mənşəcə zadəgan ailəsindəndir. 1754-cü ildə anadan olmuşdu.
XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir.
Bu sahədə ilk addım 1815-ci il yanvarın 1-də Şamaxı quberniyasının general-qubernatoru N.F.Rtişev tərəfindən atılmışdır. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi ucaldılmışdır. Məbədin tikintisi üçün xristianlardan ianə yığılmış və sadə dindarlar hamılıqla bu işə cəlb olunmuşdur. Bu kilsəyə "Müqəddəs Nikolay" adı verilmiş, Tiflisdən olan David İvanov keşiş təyin edilmişdir.
Nikolay Rtişev 8 yanvar 1835-ci ildə Rusiya imperiyasının mərkəzi Sankt-Peterburq şəhərində vəfat etmişdi.