Nikolskaya yarmarkası — il ərzində bir dəfə baş vermiş satış. Yarmarka Rusiyanın Taqanroq şəhərində XIX əsrdə hər il yaz aylarında keçirilirdi[1].
XIX əsrortalarında Nikolayevskaya yarmarkası istər Taqanroqun ticarət həyatı, istərsə də şəhər həyatında mühüm yer tuturdu[1]. Yarmarka hər il 9 may tarixində keçirilirdi. Yarmarkanın ənənəvi olaraq yerləşdiyi ərazi hazırkı şəhər stadionu və Privoğzal meydanının yerləşdiyi ərazini əhatə edirdi. Vaxtı ilə Privoğzal meydanı Yarmaroçnaya adlandırılırdı, səbəb isə burada keçirilmiş tarixi yarmarkalar olmuşdur. Yarmaroçnaya meydanı XIX əsrin əvvəllərində Nikolayevsk, Uspenski [2] (onun açılışı 15 avqustda baş verirdi)[1] və Mixaylovski yarmarkalarının ərazisində formalaşmışdı. Şəhərin 1834-cü il planına əsasən ticarət meydanı onun daxilində olmalı idi. Onlar ticarətin Çexov küçəsində cəmləşməsini istəyirdilər. Bu ərazi əsas yolların üzərində yerləşirdi. Belə ki, bura istər Rusiyanın şimal şəhərləri, istərsə də limandan gələn əlverişli yol keçirdi[2]. Nikolayevskaya yarmarkası ticarət əməliyyatlarının xalq gəzintilərinin mərkəzi idi. Hətta oda məlu idi ki, 1854-cü ildə Nikolayevskaya yarmarkasına 334,000 rubl[3] dəyərində mal çıxarılmışdı. Yarmarkanın keçirildiyi müddətdə burada yelləncəklər və müxtəlif atraksionlar quraşdırılırdı. Xüsusi orkestrlər musiqi çalırdı. Bu isə xalq gəzintilərinə rəng qatırdı. Şəhər əhalisi üçün yarmarka ticarət tələbatını ödəmək, əylənmək baxımından bir vasitə yolunu oynayırdı. Bu səbəbdən ildə bir dəfə keçirilən yarmarka, təbii ki, şəhər sakinləri tərəfindən daima həvəslə gözlənilən hadisə idi. Lakin zamanla yarmar öz əhəmiyyətini itirdiyindən sonra onun keçirilməsi dayandırılmışdır.