Nikolya Apper

Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan, Fransa krallığı1 iyun 1841[2][3], Massi[d], İyul monarxiyası) — fransız ixtiraçı.

Nikolya Apper
fr. Nicolas Appert
Doğum adı Nicolas Appert
Doğum tarixi 17 noyabr 1749(1749-11-17)
Doğum yeri
Vəfat tarixi 1 iyun 1841(1841-06-01)[2][3] (91 yaşında)
Vəfat yeri
Elm sahəsi konservləşdirmə[1]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli. İçindəki ət parçaları da elə. Ancaq, miqdar olaraq bir az az. Ətli və ətsiz olaraq hazırlanan paxla və göy noxud konservləri də, hələ budaqlarından qoparılmışcasına təzə və ləzzətli!"

Eyni il Apper Parisin şəhərətrafılarından Massyda bir konserv fabriki qurdu. Lazımlı təzə tərəvəzi yetişdirmək üzrə, fabrikin ətrafında geniş bağçalar satın aldı.

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Nicolas Appert // Base biographique (fr.). BIU Santé.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]