Arxiyepiskop Nikon (dünyəvi adı Nikolay Aleksandroviç Purlevski, rus. Николай Александрович Пурлевский; 5 fevral 1886, Jitomir - 9 yanvar 1938 ) - Rus Pravoslav Kilsəsinin yepiskopu, Kazan arxiyepiskopu. Fotiyanın (Purlevski - Rus pravoslav kilsəsinin yepiskopu) qardaşı.
Nikon Purlevski | |
---|---|
Nikolay Aleksandroviç Purlevski | |
Doğum tarixi | 5 (17) fevral 1886 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 yanvar 1938 (51 yaşında) |
Vəfat yeri | Kazan |
Rahiblik adı | Nikon |
Vikianbarda əlaqəli mediafayllar |
5 fevral 1886-cı ildə dövlət müşaviri Alexandr Nikitiç Purlevskinin ailəsində anadan olmuşdur. 1-ci Jitomir gimnaziyasını bitirmişdir. 1906-cı ildə Volın İlahiyyat seminariyasını bitirdikdən sonra Kazan İlahiyyat Akademiyasına daxil olur. 18 oktyabr 1907-ci ildə Nikon adı verilərək rahibliyə başlayır. 25 may 1910-cu ildə rahib təyin edilir. Elə həmin il Akademiyanı ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsi ilə bitirərək 16 Avqustda Jitomir keşiş Məktəbinə müəllim təyin edilir. 3 noyabr 1911-ci ildən - Kremenets məktəbi nəzarətçisinin köməkçisi təyin edilir. 23 avqust 1913-cü ildən - Belski İlahiyyat Məktəbinin rəhbəri kimi çalışır. 12 avqust 1914-cü ildən Qriqori-Bizyukovski monastırındakı pastoral missioner seminariyası rəhbərinin köməkçisi olur. 11 Noyabr 1916-cı ildən - Vifan İlahiyyat seminariyasının müfəttişi təyin olunur. 1918-ci ildən - Moskva Don Monastrının Müdiri, 14 aprel 1920-ci ildə, Kursk yeparxiyasının yepiskopu olur.Elə həmin il o, Belqorod yepiskopu tərəfindən eyni yeparxiyanın vikarisi təyin edilir.
1922-ci ildə o, təfriqəçilikdən imtina edir. 1923-cü ildə Renovasiya Kilsəsi İdarəsinin üzvü olur. Yerli Şuranın iclasında iştirak edir, burada Müqəddəs Tixonun patriarxlığından məhrum edilməsinə qarşı çıxaraq kafedralın qərarlarını imzalamaqdan boyun qaçırır. ELə həmin il Ümumrusiya Mərkəzi Şurası tərəfindən Kursk yepiskopu təyin edilir. 1924-ci ilin martında Patriarx Tixon və mitropolit Pyotrun qarşısında tövbə edərək yepiskop təyin edilir. Yepiskop Nikon, 7 aprel 1924-cü il tarixində Belqorod şəhərinə gəlir. İlk fərmanı ilə Belqorod yeparxiyasının sinodal komissarları institutunu ləğv edir. Bununla birlikdə, fərmanda 278 seriya nömrəsini və yeniləmə ilə Sinoda təqdim edildiyi möhürü yerləşdirir. Buna səbəb o dövrdə Patriarxal kilsəsinin hüquqi statusunun olmaması idi. Az müddət keçmiş Yepiskop Nikon tezliklə öz köməkçisi Fyodr Şumovla birlikdə həbs edilir. Onları kütləvi agitasiyada günahlandırırdılar. 1925-ci ilin fevralında OGPU İdarə heyəti onu Solovetskiy adalarında iki illik sürgün cəzasına məhkum etmişdir. 3 aprel 1930-cu ildə o, Xəzər və Bakının yepiskopu təyin edilərək oktyabr ayına qədər yeparxiyanın yepiskopu olaraq siyahıya alınsa da, nazirlik yerinə getmir.
19 oktyabr 1933-cü ildən - Arxangelskdə yepiskop olmuşdur. 21 mart-1933-cü il tarixləri arasında Vyazemskiy yeparxiyasını idarə etmişdir. 3 yanvar 1934-cü ildə arxiyepiskop rütbəsinə qaldırıldı. 23 may 1937-ci ildən - Kazanın arxiyepiskopu olur. 1937-ci ilin may-dekabr aylarında kəndlərdə kilsələrin ən kütləvi şəkildə bağlandığı, ruhanilərin tutulduğu və edamları baş verdiyi zaman, daha dəqiqi 16 dekabr 1937-ci ildə həbs edilir. Dekabrın 25-də Tatarıstan Muxtar Sovet Sosialist Respublikasında NKVD Troykasının qərarı ilə 58-10 ("dini təşviqat, günahsız kahinlərin kütləvi şəkildə tutulması barədə şayiələr") maddəsi ilə ittiham olunaraq cəzalandırılır.
Arxangelsk qəbiristanlığında dəfn edilmişdir.
17 may 1989-cu ildə bəraət almışdır.