Nisə Mirişli

Nisə xanım Məmməd qızı Mirişli

Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi.

Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi.

1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü. Sonrakı illərdə Nisə xanım Güzdək 1 nömrəli xüsusi internat məktəbdə və daha sonra isə Biləcəri dəmir yolu deposunda həkim vəzifələrində çalışır. Yoluxucu xəstəliklər həkimi peşəsinə maraq onu 1962-ci ildə Ə.Əliyev adına ADHTİ-nin yoluxucu xəstəliklər kafedrasına gətirir. O, burada təkmilləşmə kursu keçərkən o vaxtlar kafedranın müdri olmuş əməkdar elm xadimi, professor Ş.S.Xalfenin diqqətini cəlb edir. Onun elmə həvəsini nəzərə alaraq aspiranturada təhsil almaq təklif olunur və 1962-ci ildə Nisə xanım müsabiqə yolu ilə aspiranturaya qəbul olur. Onun namizədlik dissertasiyası bağırsaq disbakteriozlarına həsr olunmuşdur və o dövr üçün bu çox aktual mövzu idi. Nisə xanım öz elmi işində indi geniş istifadə olunan probiotiklərin tətbiqini elmi əsaslandırmişdı. 1965-ci ildə Nisə xanım aspiranturanı bitirir və elə həmin il müsabiqə yolu ilə yolxucu xəstəliklər kafedrasının assistenti vəzifəsinə seçilir. 1966-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edir. Nisə xanım öz üzərində daim işləyir və qısa müddət ərzində təcrübəli həkim və pedaqoq kimi yetişir. O, institutun içtimai işlərində yaxından iştirak edirdi, tibbi profilaktika fakultəsinin elmi katibi vəzifəsində çalışırdı.

1975-ci ildə kafedraya ağır itki üz verir, o vaxtlar kafedra müdri olmuş professor M.M. Kuliyev qəflətən dünyasını dəyişir. Nisə xanımın kafedrada ən gənc mütəxəssis olmasına baxmayaraq o vaxtki institutunun rəhbərliyi başda akademik M.C. Cavadzadə olmaqla tərəddüd etmədən onun namizədliyini kafedra müdiri vəzifəsinə irəli sürür və o ildən bugünədək Nisə xanım Mirişli bu vəzifədə çalışmışdır.

1975-ci ildə həmçinin o tibbi-profilaktika fakultəsinin dekanı 1981-1988-ci illərdə isə institutut ilk pariya komitəsinin katibi vəzifələrində çalışır. 1986-ci ildə Nisə xanıma “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilir. Nisə xanım kafedranın ənənələrini daim yaşatmışdı. O, vaxtlar institut ümumittifaq miqyaslı olduğundan kurslarda təhsil alan tələbələr müxtəlif respublikalardan gəlirdilər. Nisə xanım onlara dərs deməklə yanaşı Azərbaycanın mədəniyyətini, musiqisini, tarixini təbliğ edir, onları Bakının bir sıra tarixi yerlərinə ekskursiyalarına aparırdı. Kafedra müdiri olduğu müddətdə o kafedranı kadr potensialnın qayğısına qalmış, məhz bu illərdə dosent Fərzəliyev F.A. və ass. Məcidova E.K., ass. Süleymanov V.Q. Moskva və Sankt-Peterburq şəhərlərinə məqsədli aspiranturaya göndərilərək elmlər namizədi kimi kafedraya qayıtmişlar. Nisə xanım ümumittifaq miqyaslı bir sıra konfrans və konqreslərdə (Moskva, Sankt-Peterburq, Kiev, Tbilisi, Səmərqənd və b.) iştirak və məruzə ilə çıxış etmişdir. O, 100dən yuxarı elmi nəşrin, 2 monografiyanın müəllifidir, 5 elmlər namizədi hazırlamışdır. Nisə xanımın xüsusiyyətləri içərisində onun obyektivliyini kafedrada yaradıcı mühit yaratmasını və tükənməz optimizmi qeyd etmək olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]