Nisə Heydər qızı Rzayeva (10 yanvar 1937, Azərbaycan SSR – 8 mart 2017, Mingəçevir) — Azərbaycanın teatr və kino aktrisası, Mingəçevir Dövlət Dram Teatrının aktrisası Azərbaycanın SSR Əməkdar artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü(1965).
Nisə Rzayeva | |
---|---|
Rzаyevа Nisə Heydər qızı | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Mingəçevir |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Mükafatları |
|
N. H. Rzayeva 10 yanvar 1937-ci ildə anadan olmub, 1969-cu ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalıb və Nisə Rzayeva Mingəçevir Teatrının ilk aktyorlarından biri kimi bu vaxtadək teatrın səhnəsində 100-ə qədər rolun ifaçısı olmuşdur. Onun teatrımızın səhnəsində yaratdığı İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı" – Fəxrəndə xanım, H. Cavid "Ana" – Ana, M. Hüsüyn "Cavanşir" – Zibeydə xanım, G. Xuqayev "Andro və Sandro" – Marqo, Anar "Şəhərin yay günləri" – Dilarə, İ. Əfəndiyevin "Tənha iydə ağacı" – Xan nənə, P. Kilqas "Hakim Martinin səhəri" – İnqa, S. Vurğun "Fərhad və Şirin" – Şirin, İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin, N. Həsənzadə "Nabat xalanın çörəyi" – Nabat xala, S. S. Axundov "Eşq və İntiqam" – Yasəmən, S. Rəhman "Əliqulu evlənir" – Nazlı, Ə. Əmirli "Köhnə ev" – Zəhra, S. S. Axundov "Laçın Yuvası" – Pəricahan və.s rolları bu gün də teatrsevərlərin yaddaşındadır, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.
Nisə Rzayeva şəhərimizin ictimai mədəni həyatında fəal iştirak edib. 1965-ildən Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür, Əmək vetranıdır, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət və ictimai təşkilatların, ayrı-ayrı rayonların Fəxri Fərmanlarına layiq görülmüş, Sosialist Əməyi yarışının iştirakçısıdır.
1982-ci ilin dekabr ayının 2-də Azərbaycan SSR Əməkdar artisti Fəxri adına 02.12.1982[1],
8 mart 2017-ci ildə 80 yaşında dünyasını dəyişmişdir. Mingəçevir şəhərində dəfn olunub.