Nisbi geoxronologiya

Nisbi geoxronologiya (yun. ge, geo-yer, chronos-vaxt, zaman və logos-elm, təlim) — geoxronologiyanın bir bölməsi olub, süxurların nisbi geoloji yaşının müəyyən edilməsi problemi ilə məşğul olan elm sahəsidir. Nisbi geoxronologiya əsasən stratiqrafiyaya istinad etməklə yanaşı, palentoloji üsuldan və layların ardıcıllığı prinsipindən (Steno qanunu) geniş istifadə edir. Nisbi geoxronologiya mütləq geoxronologiyadan fərqli olaraq, geoxronoloji bölgülərin əhəmiyyəti haqda məlumat vermir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.