Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s.
Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf.
Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur. Sözün ifadə etdiyi məna onun yalnız mənasını əhatə edir. Hər bir sözün müəyyən nitq hissəsinə aid olması üçün həmin söz leksik məna ilə yanaşı qrammatik məna da kəsb etməlidir. Qrammatik məna isə sözün öz daxilində olmur. Qrammatik formalarla meydana çıxır.
Deməli, sözlər nitq hissələrinə bölünmək üçün dilin qrammatik quruluşuna xas olan qrammatik kateqoriyalara Malik olmalıdır. Beləliklə leksik mənaya malik olan sözlər qrammatik məna kəsb edərək qrammatik əlamətlər qəbul edir, digər sözlərlə əlaqələnərək fikrin ifadə olunmasına təminat verir. Nəticədə cümlələr formalaşır və sözlər cümlədə müəyyən sintaktik vəzifə daşıyır. Qrammatik məna ilk növbədə cümlədə başqa sözlərlə əlaqə və münasibətlərdə müəyyənləşən mənadır. Qrammatik mənanın həm morfoloji həm də sintaktik ifadə vasitələri vardır. Qrammatik mənanın morfoloji ifadə vasitəsinə sözlərin dəyişməsi (şəkilçilər və vurğular), sintaktik ifadə vasitələrinə isə sözlərin bir- birinə yanaşması intonasiya və sözlərin sırası daxildir. Azərbaycan dilindəki nitq hissələrini müstəqil mənalarına, qrammatik formalarına(morfoloji əlamətlərinə) və sintaktik roluna görə əsas, köməkçi və xüsusi nitq hissələri olmaqla üç qrupa ayırmaq olar. Hər şeydən əvvəl, sözləri lüğəvi mənaya malik olan və lüğəvi mənası olmayan sözlər adı ilə iki qrupa bölmək olar. Dilimizin lüğət tərkibindəki sözlərin 99% dən çoxunun lüğəvi mənası var. Lüğəvi mənası olmayan sözlər köməkçi vasitələrdir. Əslində köməkçi vasitələr olmasada fikir ifadə etmək mümkün olur. Lakin fikrin bütün incəliyinə qədər ifadə olunmasında bu vasitələrin rolu danılmazdır. Vaxtilə dildə belə köməkçi vasitələr olmamış, onlar dilin inkişafı prosesində kütləvi mənaya malik olan sözlərdən əmələ gəlmişdir.
1. Əsas nitq hissələri leksik(lüğəvi mənaya malik olur, müvafiq suala cavab verir, müəyyən sintaktik vəzifə daşıyır, söz yaradıcılığı prosesində fəal iştirak edir. Onlar əşyanın adını, əlamət və keyfiyyətini, miqdarını, hal-hərəkətini, hərəkətin əlamətini bildirir. Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, feil və zərf daxildir. Əsas nitq hissələri içərisində əvəzlik digərlərindən fərqlənir. Beləki əvəzliyin lüğəvi mənasında konkretlik, dəqiqlik yoxdur. O hansı nitq hissəsini əvəz edirsə həmin nitq hissəsinində əlamətlərini qəbul edir.
Əvəzliyin özünəməxsus qrammatik xüsusiyyətləri olmadığından tarixən müəyyən mübahisələrə səbəb olmuş, bir sıra dilçilər onu ayrıca nitq hissəsi kimi qəbul etməmişlər.
2. Köməkçi nitq hissələrinin müstəqil leksik mənaları olmur, heç bir suala cavab vermir və buna görə də cümlə üzvü ola bilmir. Köməkçi nitq hissələri mənşə etibarilə əsas nitq hissələrindən törətmişlər və cümlənin təşkilində yardımçı rol oynayırlar. Onlar ya sözlər ya cümlələr arasında qrammatik əlaqəni təmin edir, ya da fikrin formalaşmasında müxtəlif çalarlıqlar və emosional-ekspressiv xüsusiyyətlər yaradaraq danışan şəxsin bəzən də başqasının müxtəlif hissi münasibətlərinin ifadəsinə xidmət göstərmiş olur. Bu baxımdan köməkçi nitq hissələrinin özlərini də iki hissəyə ayırmaq olar.a) sözlər və cümlələr arasında müxtəlif əlaqə və münasibətləri təmin edən köməkçi nitq hissələri. Bunlara qoşma və bağlayıcı daxildir.b) müxtəlif emosional-ekspressiv və hissi münasibətlərin ifadəsinə xidmət edən köməkçi nitq hissələri. Bunlara ədat və modal sözləri daxil etmək olar.
3. Xüsusi nitq hissələrinə nida və təqlidi sözlər daxildir. Bunlarda həm əsas həm də köməkçi nitq hissələrindən fərqli xüsusiyyətlər özünü göstərir. Xüsusi nitq hissələri cümlədə hec bir qrammatik vəzifə daşımır, daha çox hiss və duyğuların ifadə olunmasına xidmət edir. Nidalar hiss və həyəcan ifadə etsələr də, əsas nitq hissələrindən fərqli olaraq onları adlandıra bilmir . Təqlidi sözlər isə söz yaradıcılığında iştirak etməklə əsas nitq hissələrinə yaxın olsalar da müəyyən təbiət səslərinin bəzən də görünüşün təqlid olunması bunlara xüsusi nitq hissəsi səciyyəsi qazandırır.
Azərbaycan dilində 12 nitq hissəsi vardır:
Bunlardan əşyanın adını bildirən sözlər isim, əlamətini bildirən sözlər sifət, miqdarını bildirən sözlər say, əşyanın adını əvəzetmə yolu ilə ikinci dəfə bildirən sözlər əvəzlik, əşyanın hərəkətini bildirən sözlər feil , hərəkətin yerini, istiqamətini , hal- vəziyyətini, əlamətini, zamanını bildirən sözlər zərf adı altında öyrənilir.