Nitsa sazişi

[1]

Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər.[2] Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi.[3]

Müqaviləyə əsasən -nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi.[4] Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.

  1. "Nitsa müqaviləsinin imzalanma seremoniyası". https://www.europarl.europa.eu/. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  2. "EU ABC" (ingilis). 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  3. "Nitsa müqaviləsinin ratifikasiya" (https://www.europarl.europa.eu/about-parliament/en/in-the-past/the-parliament-and-the-treaties/treaty-of-nice). 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  4. "Nitsa müqaviləsi" (türk). 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]