Niyazi İsayev

Niyazi İsayev (İsayev Niyazi İbad oğlu; 1962) — tibb elmləri namizədi (2004)

Niyazi İsayev
İsayev Niyazi İbad oğlu
Doğum tarixi
Doğum yeri Basarkeçər rayonu, Zərkənd
Elmi dərəcəsi tibb elmləri namizədi (2004)

İsayev Niyazi İbad oğlu 1962-ci ildə Göyçə mahalının Basarkeçər bölgəsinin Zərkənd kəndində dünyaya gəlib. O, 1990-cı ildə Nəriman Nərimanov adına Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə Azərbaycan Ordusunda həkim kimi hərbi xidmətə başlayaraq leytenant rütbəsi almışdır. O, neçə-neçə yaralını ölüm pəncəsindən qurtararaq peşəsinə və vətənə bağlılığını öz bacarıq və işi ilə göstərib.

Niyazi İsayev 1992–1993-cü illərdə Hərbi Dəniz Hospitalında cərrah işləmiş, 1994-cü ildən Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında Cərrahiyyə şöbəsində baş ordinator işləyib.

2003-cü ildə Ümumdünya Onkoloqlar qurultayının iştirakçısı olmuşdur.

2004-cü ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi, alimlik dərəcəsi almışdır. 2009-cu ildə Türkiyənin Ankara şəhərində yerləşən Gülhane Hərbi Tibb Akademiyasında "Mikrocərrahiyyə" kurslarında iştirak etmiş və Mikrocərrahiyyə üzrə dünya sertifikatı almışdır.

2012-ci ildə Türkiyənin İzmir şəhərində Neyrocərrahiyyə üzrə beynəlxalq konfransda iştirak etmiş və Azərbaycan təmsilçisi kimi çıxış etmişdir.

2016-cı ildə "Hərbi xidmətdə fərqlənmə" medalı ilə təltif olunmuşdur.

2009-cu ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi Cərrahiyyə kafedrasının müəllimi, 2013-cü ildən isə Cərrahiyyə kafedrası müdiri vəzifəsində işləyir. Hərbi rütbəsi polkovnikdir.