Nizaməddin Cəlilov

Nizaməddin Cəlilov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru.[mənbə göstərin]

Nizaməddin Cəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
Hərbi xidmət
Rütbəsi general

Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəlilov Nizaməddin Qurban oğlu 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu mühəndis, Azərbaycan Universitetini isə hüquqşünas ixtisasları üzrə bitimişdir.

1989-cu ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti qismində xidmət etmişdir, müharibə veteranıdır.

2005-ci ildən ədliyyə orqanlarında qulluq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2013-cü il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, Bir övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]