Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu (Berlin)

Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutuAlmaniyanın Berlin şəhərində Azərbaycan mədəniyyət mərkəzi

18 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının müstəqillik gününə töhfə olaraq, Almaniyanın paytaxtı Berlin şəhərində Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu açılmışdır.

İnstitutun qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını və ən başlıcası, Azərbaycan tarixini araşdırmaq, beynəlxalq konfranslar, mədəniyyət günləri, müxtəlif mədəni və tarixi tədbirlər keçirmək, elmi seminarlar, təkmilləşdirmə kursları yaratmaq, Azərbaycan və Almaniya arasında mədəni əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək, Azərbaycan ədəbiyyatının bədii incilərini alman dilinə çevirmək, tarixi mövzularda müsabiqələr və tədbirlər təşkil etmək, Azərbaycanın müasir dövrdə üzləşdiyi aktual problemlərini, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri təkcə Almaniya ictimaiyyətinə deyil, bütün dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

İnstitutun səyi nəticəsində 2005-ci ildən Potsdam Dövlət Universitetində Azərbaycan dili tədris olunmağa başlamışdır.

Bu təşkilat «Yeni Körpü» («Neue Brücke») almanca və azərbaycanca jurnalının təsisçisidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • «Neue Brücke» («Yeni Körpü») jurnalı, Berlin, 2006, № 5.