Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zeynalov Nizami Allahverdi oğlu — kimyaçı, kimya elmləri doktoru.
Zeynalov Nizami | |
---|---|
Zeynalov Nizami Allahverdi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Sabirabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | baş elmi işci |
İş yerləri | Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Mükafatları | AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Kimya bölməsinin fərmanı. |
kqkiamea.az |
1976-cı ildən Azərbaycan EA akad. M. F. Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (hazırda AMEA akad. M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, sektor müdiri vəzifələrində çalışmış, 2008-ci ildən isə laboratoriya müdiri vəzifəsində işləyir. 1976–78, 1985–88, 1992–96-cı illərdə SSRİ EA (hazırda Rusiya Elmlər Akademiyası) A. V. Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda akademik V. A. Kabanovun rəhbərliyi ilə uyğun olaraq stajor, aspirant və doktorant kimi çalışmışdır.
1990-cı ildə 2304.01-"İmmobilizə olunmuş katalitik sistemlərin sintezi, xassələri və onların aşağı olefinlərin dimerləşməsi reaksiyalarına tətbiqi" mövsuzunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdir
2003-cü ildə 2304.01-"Polimer gellərdə immobilizə olunmuş fiziki heterogen və kimyəvi homogen metalkomplekslər və onların etilenin və propilenin dimerləşməsi proseslərində istifadə olunması" mövsuzunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktorlu elmi dərəcəsi almışdir
2008-ci ildən AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutnunun "Nanostrukturlaşdırılmış metal polimer katalizatorları" laboratoriyasına rəhbərlik edir.
N. A. Zeynalovun əsas elmi istiqaməti funksional qruplu təbii və sintetik polimerlər əsasında nanostrukturlaşdırılmış katalizatorların, sorbentlərin, hidrogellərin və metal nanokompozitlərin alınması, fiziki-kimyəvi xassələrinin tədqiqi və onların iştirakı ilə katalitik və sorbsiya, eləcə də bioloji aktiv birləşmələrin və dərman preparatlarının immobilizə olunması və daşınması proseslərinin öyrənilməsindən ibarətdir.
N. A. Zeynalovun elmi fəaliyyətində üzvi həlledicilərdə yaxşı şişə bilən polimer gellərdə immobilizə olunmuş yüksək aktivliyə, selektivliyə və stabilliyə malik nano-klaster katalitik sistemlərin konstruksiya olunmasının yeni prinsiplərinin işlənib hazırlanması mühüm yer tutur.
Bu istiqamətdə aparılan sistemli tədqiqatlat nəticəsində gel-immobilizə olunmuş katalizatorların aşağı molekullu olefinlərin dimerləşməsi, oliqomerləşməsi və sodimerləşməsi reaksiyalarında katalitik xassələri öyrənilmiş və onların sənayedə tətbiqi həyata keçirilmisdir.
Təbii və sintetik polimerlərin iştirakı ilə alınmış metal nanohissəciklərə bioloji aktiv birləşmələrin və dərman preparatlarının immobilizə olunması sahəsində tədqiqat işləri aparılmış, eyni zamanda, tərkibində Ag, Au, Pt və Pd nanohissəcikləri saxlayan polimer kompozitlərin bioloji aktiv birləşmələrlə və dərman preparatları ilə əmələ gətirdiyi komplekslərinin biokatalitik xassələri öyrənilmiş, alınan üçlü komplekslərin biotexnologiyada uzunmüddətli təsirə malik preparatlar kimi istifadə olunması müəyyən edilmişdir.
Sintez olunmuş geləmələgətirici polimerlərin və onların metal komplekslərinin quruluşları UB-, İQ-Furye, 1H və 13C NMR spektroskopiya, eləcə də SEM, RFA üsulları ilə öyrənilmişdir.
N. A. Zeynalovun elmi nəticələrinin praktikaya tətbiqi ОАО "Нижнекамскнефтехим"-də REA A. V. Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunun bir qrup əməkdaşları ilə birgə aldıqları nəticələrə görə Ni-tərkibli immobilizə olunmuş katalitik sistemlərin iştirakı ilə etilenin dimerləşməsini həyata keçirən saatda 20 ton gücə malik sənaye qurğusunun iş proyektinin qurulması reqlamenti işlənib hazırlanmışdır. Etilenin oliqomerlərinin alınması kimyasının öyrənilməsi nəticəsində əsasən normal butenlər və ya yuxarı oliqomerlərin alınması ilə prosesin tənzimlənməsi təklifi verilmişdir. Eyni zamanda Ni-tərkibli immobilizə olunmuş katalitik sistemlərin iştirakı ilə propilenin oliqomerləşməsi ОАО, "Нижнекамскнефтехим"-də realizə olunması üçün təcrübi-sənaye qurğusunun proyektinə reqlament verilmişdir. Təcrübi sənaye qurğusunda propilenin oliqomerləşməsinin müvəffəqiyyətli fasiləsiz (1000–2000 saat) işləməsi həyata keçirilmişdir. Propilenin dimerləşməsindən onun dimerləri və ya trimerləri, tetramerləri alınmışdır. Müəyyən olunmuşdur ki, qurğunun məhsuldarlığı (rejimdən asılı olaraq) 0.25 – 1.0 ton/saat təşkil edir.
N. A. Zeynalov beynəlxalq və ölkə daxili elmi layihələr çərçıvəsində səmərəli tədqiqat işləri aparmişdır. O, iki dəfə, 2003–2006 və 2004–2007-ci illərdə bir qrup Azərbaycan alimləri və İsveç, Almaniya, Ukrayna, Rusiya, Gürcüstan alimləri ilə birlikdə Beynəlxalq İNTAS fondunun qrantını almışdır. N. A. Zeynalov rəhbərlik etdiyi laboratoriyanın, eləcə də AMEA Fizika İnstitutunun və Azərbaycan Tibb Universitetinin bir qrup əməkdaşları ilə birgə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kimya elmləri sahəsində layihələr müsabiqəsinin qalibi olmuşdur.
N. A. Zeynalovun apardığı elmi-tədqiqat işlərinin nəticələri 210 elmi əsərdə, o cümlədən 7 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bunlardan xaricdə 81 elmi məqalə və məruzə tezisləri çap olunmuşdur (bunlardan 25 məqalə, Thomson Reuters informasiya sisteminə daxil olan impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir).2012–2016-cı illərdə isə xarici ölkələrdə 31 məqalə və tezis çap edilmişdir. Onun elmi işləri "Доклады РАН", "Кинетика и Катализ", "Высокомолекулярные Соединения", "Пластические массы", "Журнал Аналитической химии", "React. Cinet. Catal. Lett.", "In: Scientific Bases for the preparation of Hetergeneous Catalysts", proceeding of the 8th International Symposium, Louvainla-Neuve, "Asian Journal of Chemistry" (An International Peer Research Journal of Chemistry), "International Journal of Applied Chemistry", "Caspian Journal of Environmental Sciences", "Digest Journal of Nanomaterials and Biostructures", "American Chemical Science Journal", "Journal Chemical Society of Pakistan", "American Journal of Polymer Science", "Journal of Chemistry and Chemical Engineering", "Journal of Nanoresearch Cellulose Chemistry and Technology" kimi bir çox nüfuzlu elmi jurnallarda və topluda çap olunmuşdur.
Elmi əsərlərin konkret sayı; monoqrafiya, kitab, məqalə, tezis, xaricdə çap olunanlar – 210 elmi əsər, o cümlədən 90 məqalə, 112 tezis, 5 müəlliflik şəhadətnaməsi və 2 Azərbaycan Respublikasının patenti.