Nobel Sülh Mərkəzi

Nobel Sülh Mərkəzi

Norveçin Oslo şəhərindəki Nobel Sülh Mərkəzi — (norv. Nobels Fredssenter) Nobel Sülh Mükafatı və onun təmsil etdiyi amallar üçün bir vitrindir. Mərkəz eyni zamanda mədəniyyət və siyasətin, müharibə, sülh və münaqişələrin həlli kimi mövzularında iştirak, mübahisələrin həlli yollarının birləşdiyi bir arenadır.[1] Mərkəz Oslo, Norveç Bələdiyyə Meydanında (Rådhusplassen) yerləşir.[2]

Nobel Sülh Mərkəzinin girişi

Nobel Sülh Mərkəzi, 2005-ci ildə Norveç Kralı Əlahəzrət V Harald tərəfindən Norveç və Kanada kral ailələrinin qatıldığı bir mərasimlə açıldı. Nobel sülh mükafatı laureatı Vanqari Maatai də açılışda iştirak edirdi. Mərkəz ildə 250.000 ziyarətçini qəbul edir və Norveçin ən çox ziyarət edilən muzeylərindən biridir. Nobel Sülh Mərkəzi keçmiş Oslo Vestbanestasjon (Oslo Qərb dəmir yolu stansiyası) binasında yerləşir. 1872-ci ildən qalma keçmiş stansiya binası memar Corc Andreas Bull (1829–1917) tərəfindən çəkilmişdir. 1989-cu ildə dəmir yolu stansiyası kimi istifadəsi dayandırıldı. Limana baxır və Alfred Nobelin ölümünü anmaq üçün hər 10 dekabrda Nobel sülh mükafatı mərasiminin keçirildiyi Oslo Bələdiyyə Sarayının yaxınlığında yerləşir.[3][4]

İngilis memar David Adjaye, rəng sxemləri daxil olmaqla Mərkəzin yaradıcı dizaynından məsuldur; Amerikalı dizayner David Smoll, yüksək texnoloji qurğularını inkişaf etdirdi. Nobel Sülh Mərkəzi Norveç Mədəniyyət Nazirliyi, xüsusi sponsorlar və giriş haqları tərəfindən maliyyələşdirilir. Zaman-zaman keçirilən sərgilər tamamilə maliyyələşdirilir.[5]

Mərkəzdə Alfred Nobel və digər Nobel mükafatlarının hekayəsini izah edilməklə yanaşı Nobel sülh mükafatı laureatları və onların işləri təqdim olunur. Bu, multimedia və interaktiv texnologiya, sərgilər, görüşlər, diskusiyalar, teatr, konsert və konfransların, eləcə də geniş təhsil proqramının və müntəzəm bələdçi turlarının istifadəsi ilə həyata keçirilir.[6]

Nobel Sülh Mərkəzi, Nobel Fondunun xaricdən təmsil etdiyi və eyni zamanda Nobel mükafatının təqdimatı ilə əlaqədar məlumatlandırma işləri və tənzimləmələri idarə edən Nobel qurumları şəbəkəsinin təməli və bir hissəsidir. Kjersti Floqstad Nobel Sülh Mərkəzinin direktorudur. Olav Njolstad, Norveç Nobel Komitəsi tərəfindən təyin olunan Mərkəzin idarə heyətinin sədridir.

  1. Jon Gunnar Arntzen Nobels Fredssenter Arxivləşdirilib 2017-12-07 at the Wayback Machine Store norske leksikon
  2. "Rådhusplassen". Oslo kommune. October 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2020.
  3. Nobel Peace Center Opens in Oslo Arxivləşdirilib 2011-06-08 at the Wayback Machine Royal Norwegian Embassy in Washington
  4. Geir Tandberg Steigan. "Arkitekter:Georg Andreas Bull (1829-1917)". artemisia.no. 2015-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2017.
  5. Nobel Peace Center Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Nobelprize.org
  6. "Nobel Peace Center". FrommerMedia LLC. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]