Nomikosun binası (Taqanroq)

Nomikosun binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 53 ünvanında yerləşir[1]. Regional əhəmiyyətli mədəni irs siyahısına daxildir.

Nomikosun binası
rus. Дом Номикоса
Xəritə
47°12′36″ şm. e. 38°56′24″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq

Qreçeskaya küçəsi, ev 53 ünvanında yerləşən bina XIX əsrim dördüncü yarısında inşa edilmişdir. Bina II gildiya taciri Nikolay Mixayloviç Lombakonun ailəsi üçün nəzərdə tutulmuşdur. Onun həyat yoldaşı Pavlina Vasilivna olmuşdur. Onların çoxlu sayda uşaqları vardı. Onların ilk övladı 31 yanvar 1867-ci ildə doğulmuşdur. İlk oğlunun adı Vasili olmuşdur. Bir necə ildən sonra isə qızlatı Mariya doğulmuşdur. 1866—1867-ci illərdə binanın mülk sahi sahibi dəyişir. Bu zaman bina Anton Fmitrievuç Nomikosun həyat yoldaşı Kalomir Vasilevnaya məxsus olmuşdur.

Anton və Kalomirin ailəsi çox uşaqlı olmuşdur. Oda məlumdur ki, onların Vasili, Kaliop, Yekaterina, Mixail, Yevangekiya və Aleksandra adlı övladları olmuşdur. Kalomira Nomikos binanın inşasına böyük diqqət ayrır. Onun əri şəhərdə makaron biznesi ilə məşğul idi. Üstəlik onun 1882-ci ildə inşa etdirdiyi un dəyirmanı vardı. Onun istehsal etdiyi məhsullar dəfələrlə mükafatlara layiq görülmüşdür[2]

Anton Nikos 12 mart 1894-cü ildə həfat etmişdir. 1912-ci ildə binanı Panaqioto adlı birisi icarələmişdir. 1920-ci ildə isə binada peşəkar tibb məktəbi yerləşirdi.

Nomikosun binası 1925-ci illərə qədər Nomikosun vərəsələrinə məxsus olmuşdur. 1941-ci ildə tikili ictimai binaya keçmişdir. 1992-ci ildə regional əhəmiyyətli mədəni irs siyahısına daxildir.

Bina iki mərtəbədən ibarət edir. Tikili kərpiç stilinə sahibdir. Küçənin küncündə yerləşir. Mərtəbələr arasında karnizlər vardır.

  1. "Объекты культурного наследия регионального значения". 2017-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.
  2. "Дом 53, Петровская улица". 2017-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.