Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı.[2] 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür.
Norman Endjell | |
---|---|
Sir Ralph Norman Angell | |
Doğum tarixi | |
Doğum yeri | Holbiç, İngiltərə |
Vəfat tarixi | (94 yaşında) |
Vəfat yeri | Kraydon, İngiltərə |
Milliyyəti | ingilis |
Təhsili | |
Fəaliyyəti | yazıçı, müəllif. siyasətçi, iqtisadçı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı. 1940-cı ildə hitlerizmə qarşı müharibə etmək çağırışı ilə ABŞ-yə çıxıb getdi, vətənə 1951-ci ildə qayıtdı.