Norman istilası (1066)

İngiltərənin Normandiya hersoqu Vilhelm tərəfindən istilası. Bu istilada Normandiya və bir çox başqa Avropa vilayətlərinin cəngavərləri də iştirak edirdi və İngiltərədə, bu istilaçıların timsalında yeni elitanın yaranması və tam feodal quruluşun bərqərar olması ilə nəticələndi.

Əsas şərtlər

[redaktə | mənbəni redaktə et]

İngiltərədə 11 əsrin ortaları üçün, artıq əsasən feodal qayda-qanunlar hökmran idi, lakin hələ də feodallaşma əsnasında idi. Kəndlilərin xeyli hissəsi, xüsusən ölkənin şimal-şərqində -"Danimarka hüququ"("Denlo") vilayətində hələ də azad idilər. Asılı feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər. Feodal mülkü və feodal iyerarşisi hələ bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı.

Hastinqs döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Hastinqs döyüşü

İngiltərədə feodallaşma əsnasının başa çatması 11 əsrin ikinci yarısında normand istilası ilə bağlı idi. İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi. Qənimət ələ keçirmək, yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil, Fransanın başqa vilayətlərində, hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı. Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu. Bu iddianın əsasında Vilhelmin(1066)cı ildə ölmüş ingilis kralı Mömin Eduardla qohumluğu dururdu. Vilhelmin iddialarını papa müdafiə edirdi. 1066-cı ilin sentyabrında Vilhelm La Manşı üzüb keçərək öz qoşunu ilə birlikdə İngiltərənin cənubunda Qastinqs limanı yaxınlığında sahilə çıxdı. Eduardın ölümündən sonra uitinagemotun seçdiyi yeni anql-sakson kralı Harold öz şəxsi dəstəsi və tələsik yığılmış kəndli qoşunlarından ibarət hərbi qüvvələrinə nisbətən Normandiya hersoqunun atlı cəngavərləri və piyada qoşunları sayca daha çox idi və daha yaxşı silahlanmışdılar. İri feodallar Orta və Şimal-Şərq İngiltərə erlləri Harolda lazımı köməklik göstərmədilər. Anql-sakslar inadla və igidliklə müqavimət göstərmələrinə baxmayaraq 1066-cı ilin oktyabrında Qastinqs yaxınlığındaki həlledici döyüşdə tam məğlubiyətə uğradılar. Harold döyüşdə həlak oldu. Vilhelm isə Londonu ələ keçirib İstilaçı I Vilhelm (1066–1087) adı ilə İngiltərə kralı oldu.

Üsyanların yatırılması

[redaktə | mənbəni redaktə et]

Lakin ona və Normandiya baronlarına bütün ölkəni tabe etmək üçün bir neçə il lazım gəldi. Anql-saksların torpaqlarının kütləvi surətdə müsadirə olunması, öz azadlıqlarını hələ saxlamış olan kəndlilərin təhkim olunmuş vəziyyətə salınmasına cavab olaraq bir sıra üsyanlar qalxdı. Ən iri kəndli üsyanları 1069-cu və 1071-ci illərdə ölkənin şimalı və şimal-şərqində -"Denlo" da oldu. İstilaçılar üsyançı kəndlilərə vəhşicəsinə divan tutdular, bütöv kəndləri yandırdılar, sakinləri qırdılar. Əsas üsyan rayonları çiçəklənən York vadisi və Darem qraflığının çox hissəsi səhraya döndərildi və bu yerlərdə, demək olar, bir neçə onilliklər ərzində yaşayış olmadı.

Yeni elitanın yaranması

[redaktə | mənbəni redaktə et]

Ölkə qəti olaraq tabe olunandan sonra anql-saks əyyanlarının demək olar, bütün torpaq mülkləri onların əlindən alınıb istilaçılara paylanıldı. Anql-saks feodallarının ancaq aşağı təbəqəsinin -xırda mülklü torpaq sahiblərinin çoxunun torpaqları özlərinə qaldı. Lakin onlar Normandiya baronlarına tabe olmalı idilər. İngiltərədə indi iri feodallar baron adlanırdı. Orta və xırda feodallar İngiltərədə həm o vaxt həm də sonralar cəngavər adlanırdılar. Mülki idarəçilikdə olduğu kimi kilsə vəzifələrinə də anql-saksları Normandiyadan gəlmələr əvəz etdi. Beləliklə, istila nəticəsində hakim sinfin yuxarı təbəqəsi demək olar ki bütünlüklə dəyişdi. Torpaq paylanması tədriclə, yerlilərin torpaqları müasdirə olunmaqla həyata keçirilirdi. Belə ki, Normandiya baronlarının əlinə İngiltərənin müxtəlif qraflıqlarından torpaqlar keçirdi. Nəticədə bir çox baronların mülkləri, geniş olmaqlarına baxmayaraq, ölkə ərazisinə səpələnmiş halda idi. Bu İngiltərə kralına asılı olmayan iri ərazi maqnatlarının yaranmasına əngəl törədirdi. Bütün becərilən torpaqların 1/7 Vilhelm "taxt-tac mülkü" adı ilə özünə saxladı. Ovçu qoruqlarına çevrilmiş meşələrin də xeili hissəsi "taxt-tac mülkünə" daxil edildi. Kral meşələrində ov etmıyi cəsarət edən kəndliləri dəhşətli cəza gözləyirdi, onların gözləri çıxarılırdı. Şəhərlərin də çoxu kral mülkündə idi. Çox böyük maddi ehtiyatlara malik olması İngiltərədə kral hakimiyətini qüvvətli edən ən mühüm şərtlərdən biri idi. Bundan başqa feodallar krala qarşı itaətsizlik etmirdilər, çünki feodalların hamısı kral da ö cümlədən bu ölkədə yad mühitdə idilər, və onları birləşdirən ümumi düşmən tabe edilmiş ölkənin əhalisi idi

  • Orta Əsrlər Tarixi "Maarif" Nəşriyatı Bakı-1988 səh. 271
  • История Средних Веков Москва Просвещение 1986 səh. 215