Norveç Həmkarlar İttifaqları Konfederasiyası

Norveç Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca NHİK (norv. Landsorganisasjonen i Norge - LO) — Norveçin ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Hazırda Norveçdə ən irimiqyaslı ictimai qurumdur. Konfederasiyanın baş qərargahı Osloda yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Konfederasiya 1899-cu ildə yaranıb. 1957-ci ilədək qurum Əməkçilərin Milli Həmkarlar İttifaqı adlanıb. Həmin vaxtdan indiki adı daşıyır.

1920-1930-cu illər Konfederasiyanın tarixində ən fəal dövr kimi yadda qalıb. Həmin dövrdə ölkədə əmək münaqişələri və kəskin iqtisadi mühit hökm sürürdü. Xüsusilə də almanların müvəqqəti olaraq Norveçi işgal etməsindən sonra ölkə iqtisadiyyatı çox gərgin dövrünü yaşayırdı. Bu gərginliyin aradan qalxmasında Norveç əməkçi hərəkatının və bununla yanaşı NHİK-in böyük rolu olub.

Birinci Dünya Müharibəsi ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurmuşdu. Əhalinin sosial vəziyyəti get-gedə daha da ağırlaşırdı. Artıq 1921-ci ildə sosial gərginlik pik həddinə çatdı. Müəssisələr, dövlət qurumları yüz minlərlə işçini ixtisara salmaq məcburiyyətində qaldı. NHİK-in təşəbbüsü ilə keçirilən etiraz aksiyaları silsilə xarakteri aldı. Aksiyalarda yüz minlərlə insan iştirak edirdi. Norveç artıq vətəndaş müharibəsi təhlükəsi ilə üz-zə qaldı. İlin sonuna yaxın hökumət tərəfindən büdcə tənzimlənməsi proqramı hazırlandı. İşçilər tədricən iş yerlərinə qayıtdı. Lakin bir müddət maaşlarının yalnız 60 faizini aldılar. İşsiz qalan yüz minlərlə işçi üçün qısa müddətə bu da kifayət edirdi. 1922-ci ilin ortalarından Norveç iqtisadiyyatında yaşanan böhran yavaş-yavaş aradan qalxdı. NHİK-in gördüyü işlər nəticəsində məşğulluq normal həddə düşdü, əməkhaqları vaxtlı-vaxtında tam ödənildi. Konfederasiyanın uğurlarını görən işçilərin təşkilata inamı daha da artdı. Bunun nəticəsi olaraq quruma üzv olanlar da sürətlə çoxaldı.

Analoji vəziyyət 2000-ci ildə də baş verdi. Qeyri-formal sektorun işçiləri ardı-arası kəsilməyən irimiqyaslı nümayişlər keçirməyə başladılar. Səbəb isə əməkhaqlarının orta yaşayış səviyyəsindən çox aşağı olması, iş yerlərində təhlükəsiz iş şəraitinə önəm verilməməsi, işçilərin hüquqlarının səbəbli və ya səbəbsiz pozulması olurdu. Sıralarnda həm formal, həm qeyri-formal sektorun işçilərini cəmləşdirən NHİK yuxarıda sadalanan amilləri aşkar etdikdən sonra bu vəziyyətə biganə qala bilməzdi. Aidiyyəti müssisələrin rəhbərlikləri ilə dəfələrlə danışıqlar aparan və bu danışıqların nəticəsiz olduğunu görən konfederasiya rəsmiləri kəskin tədbirlər planı hazırladılar. Belə ki, qeyri-formal sektorda çalışan bütün işçilər bir nəfər kimi aylarla işə çıxmadılar. Müəssisə rəhbərləri gördülər ki, əgər vəziyyət bu tempdə davam edərsə müflis olacaqlar. Onlar konfederasiya nümayəndələri ilə görüşüb işçilərin tələblərini yerinə yetirməyə hazır olduqlarını bildirdilər. Bu da NHİK-in tarixində qələbələrindən biri kimi həkk olundu.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Hazırda təşkilatın tabeçiliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 850 min üzvü özündə cəmləşdirir.

Rəhbərləri[redaktə | mənbəni redaktə et]

Hazırda təşkilata Gerd Kristiansen sədrlik edir.

Beynəlxalq münasibətlər[redaktə | mənbəni redaktə et]

Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları və Avropa Həmkarlar İttifaqları konfederasiyalarının üzvüdür.

Konfederasiya miqrasiya və miqrantların məsələlərinə geniş yer ayırır. Belə ki, Norveçin bu gün dünyada öndə gedən inkişaf etmiş ölkələrin sırasında olması bura üz tutan ali təhsilli təcrübəli işçilərin sayını da artırmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • lo.no — Norveç Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytı