Notifon

Notifon14 yanvar 2017-ci ildə yaradılmış Android ƏS-li telefonlar üçün proqram. Proqramda ingilis dilində ən çox işlənən sözlər aid olduğu nitq hissəsi nəzərə alınaraq ardıcıllığa əsasən tərtib olunmuşdur. Siyahının əvvəlindəki sözlər sondakılara nəzərən daha çox istifadə olunur. Proqram offline rejimdə çalışır.

Notifon
Tərtibatçılar Notifon İnc.
Əməliyyat sistemi Android
Yayımlanma tarixi 14 yanvar 2017 (7 il əvvəl) (2017-01-14)
Sayt play.google.com-da

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

İstifadəçi əvvəlcədən bildiyi sözləri işarələyə bilər ki, bu da onların bildirişlərdə göstərilməməsinə səbəb olur. Xüsusi alqoritm sayəsində öyrənilməmiş sözlər müəyyən vaxt keçdikdən sonra təkrarən xatırladılır və beləliklə çətin yadda qalan sözlər istifadəçinin bu sözləri öyrənməsinə qədər göstərilməyə davam edir. proqram inkişaf mərhələsində olduğundan yaxın zamanda lüğətə yeni sözlərin əlavə olunması gözlənilir. Həmçinin istifadəçilər özləri də sözləri əlavə edərək android mobil tətbiqinin söz bazasını genişləndirə bilərlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]