Novoçerkassk kafedralı

Novoçerkassk və ya Yüksəliş kafedralı (rus. Вознесенский собор) — Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində rus pravoslav kilsəsi. Rusiya imperiyasının ən böyük kilsələrindən biri və Don qoşunları əyalətinin əsas kilsəsi idi.

Rus Pravoslav
Novoçerkassk kafedralı
Yerləşməsi
Ölkə
Bölgə Rostov vilayəti
Şəhər Novoçerkassk
Memarlıq
İnşa tarixi 1891 – 1904
Memarı Aleksandr Yaşçenko
Üslubu Neo-Bizans
Tutumu 5,000[1][2]
Otaqların sahəsi 2,900 m² [1]
Materialı kərpic
Ölçüləri 85.8 m x 62 m[1][2]
Hündürlüyü 74,7 m
Novoçerkassk kafedralı xəritədə
Novoçerkassk kafedralı
Novoçerkassk kafedralı
Saytı
solnzedona.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hündürlüyü 75 metr olan beş qübbəli bina Rusiya Neo-Bizans memarlığının əlamətdar nümunəsidir. Tikili 1891–1904 illəri arasında əvvvəlki kilsənin yerində ucaldılmışdır. Ərazidəki ilk kilsə isə Luiqi Ruskanın dizaynı üçün tikilmişdi. Həmin kilsə 1846-cı ildə, daha sonra tikilən kilsə isə 17 il sonra dağıldı.[3]

Mövcud kilsə binası yerli memar Aleksandr Yaşçenko tərəfindən tərtib edilmiş və 1905-ci ildə təqsis edilmişdir. Dindarlar 1934-cü ildə kommunistlər tərəfindən kilsədən qovuldular. Pravoslav icması 1942-ci ildə, Kommunistlərin Don Bölgəsindən Vermaxt tərəfindən qovulmasından sonra yuxarı kilsədə xidmətlərini bərpa etdi.[4]

Staroçerkassk və Novoçerkassk kilsələri Don kazaklığının əsas mənəvi mərkəzləri hesab olunur. Matvey Platov, Vasili Orlov-Denisov, Yakov Baklanov və Don kazak evinin sahibi olan digər atamanlar kilsədə dəfn olunublar. Kilsənin qarşısında Sibirin fatehi olan Yermakın Mixail Mikeş tərəfindən hazırlanmış tunc heykəli qoyulmuşdur.[5]

  1. 1 2 3 "Обмерные работы: Вознесенский войсковой кафедральный собор" [Measuring works: Ascension military cathedral] (rus). photogrammetria.ru. 28 June 2012. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2018.
  2. 1 2 "Патриарший Вознесенский войсковой всеказачий кафедральный собор г. Новочеркасска". 5 yanvar 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  3. "Official website of the Rostov-on-Don Eparchy". 2017-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  4. "Войсковой Вознесенский кафедральный собор в Новочеркасске" (rus). 23 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  5. "Arxivlənmiş surət". 2019-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.