Novqorodski yarımadası

Novqorodski yarımadası — inzibati cəhətdən Primorsk diyarı Xasanski rayonu ərazisində yerləşir. Yarımadada Poset qəsəbəsi yerləşir. Öz adını Novqorodski buxtasından almışdır.

Novqorodski yarımadası
Ümumi məlumatlar
Sahəsi 6,77 km²
Ən yüksək nöqtəsi 4835 m
Yerləşməsi
42°39′27″ şm. e. 130°48′06″ ş. u.
Akvatoriya Yapon dənizi
Ölkə  Rusiya
Novqorodski yarımadası xəritədə
Novqorodski yarımadası
Novqorodski yarımadası

Şimal-qərbdən Ekspedisiya buxtası, cənub-şərqdən isə Novqorodski buxtası ilə əhatələnir. Uzunluğu 5 km təşkil edir. Yarımada materiklə birləşdirən bərzəxin ən dar eni 0,3 km-dir. Yarımadanın sahəsi 6,77 km² təşkil edir. Yarımada ərazisində ən hündür zirvə Postovaya dağıdır (116,7 m).