Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Novruzəli Xanməmməd oğlu Məmmədov (10 mart 1942, Ərçivan, Astara rayonu – 17 avqust 2009, Bakı) — Azərbaycan filoloqu, filologiya elmləri namizədi, pedaqoji elmlər doktoru, professor.
Novruzəli Məmmədov | |
---|---|
Novruzəli Xanməd oğlu Məmmədov | |
Doğum tarixi | 10 mart 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 17 avqust 2009 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | küt travma[d] |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmişdir.
1989–1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992 ildən "Tolışi sədo" qəzetində baş redaktorun müavini, 2001 ildən qəzetin baş redaktoru və eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyi milli azlıqların dilləri üzrə tədris-metodik şurasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanındakı milli sualı üzrə ictimai şurasının üzvü seçilmişdir.
Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu olub. Bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi. Azərbaycan və talış dillərinin münasibətinə həsr edilmiş bir neçə monoqrafiyaların müəllifi olub.
24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi.
17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir.