Novruz Əsgərov (tam adı: Novruz Faiq oğlu Əsgərov; 29 mart 1968, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Novruz Əsgərov | |
---|---|
Novruz Faiq oğlu Əsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Köhnə Əhmədli qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Faiq |
Anası | Amay |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
1968-ci il martın 29-da[2] Bakıda anadan olmuşdur. 250 nömrəli orta məktəbdə 8-ci sinfə qədər təhsil almış, sonra isə texniki peşə məktəbində oxuya-oxuya fəhləlik etməyə başlamışdır. Üç il əsgərliyini dənizdə çəkmiş, əsgərlikdən geri döndükdən sonra tikinti kooperativində işləmişdir.[3]
O gecə Novruz Bakıdakı hadisələr haqqında məlumat alan Novruz qonşusu və dostu Əhmədov İlqarın «QAZ-53»nə minmiş və onlar birlikdə Əzizbəyov metrosuna tərəf getmişdir. Orada onlar 20 gülləyə rast gəlmiş, onların ikisi də yaralanmışdır. Novruzun yaraları daha ağır olmuşdur: Novruz baş nahiyəsindən bir neçə güllə yarası almışdır. Səhər Novruzun meyidi Caparidze adına xəstəxananın meyidxanasından tapılmışdır.
Köhnə Əhmədli qəbiristanlığında dəfn edilmişdir.
Bakı, 8-ci km, Darvin küçəsi 65, mənzil 29.