Novruz Niftalıyev

Novruz Eldəniz oğlu Niftalıyev (25 mart 2004; Nohurqışlaq, Qəbələ rayonu, Azərbaycan2 aprel 2023; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2 aprel 2023-cü ildə Tərtər rayonunun Talış kəndində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olmuşdur.

Novruz Niftalıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nohurqışlaq, Qəbələ rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Nohurqışlaq, Qəbələ rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Eldəniz Niftalıyev
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2022—2023
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Novruz Niftalıyev 25 mart 2004-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində Eldəniz Niftalıyevin ailəsində anadan olmuşdur.[1] 2010-2021-ci illərdə Qəbələ rayon Nohurqışlaq kənd tam orta məktəbində orta təhsil almışdır. Orta təhsil aldığı zaman 2013-cü ildə "Qəbələ" İdman Klubunun cüdo bölməsinin üzvü olaraq fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilə qədər üzvü olduğu klubun tərkibində dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşdur.[2] Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Novruz Niftalıyev 2022-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır.[3] Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər rayonunun Talış kəndində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətə başlamışdır.

Novruz Niftalıyev 2 aprel 2023-cü ildə Tərtər rayonunun Talış kəndində hərbi xidmət edərkən erməni hərbi birləşmələrinin basdırdığı minaya düşmüşdür.[4] Ağır vəziyyətdə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Novruz Niftalıyev bir müddət sonra aldığı yaralardan şəhid olmuşdur.[5] Həmin gün nəşi evinə gətirilərək doğulduğu Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn edilmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Ordusunun hərbçisi minaya düşərək həlak olub - YENİLƏNİB". www.report.az (az.). 02.04.2023. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2023.
  2. ""Qəbələ" İdman Klubundan ötən gün şəhid olan Novruzla bağlı AÇIQLAMA - FOTO". www.oxu.az (az.). 03.04.2023. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2023.
  3. "Minaya düşən əsgərin atası: "Oğlum idmançı olub, 9 medalı var"". www.modern.az (az.). 03.04.2023. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2023.
  4. "Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO". www.oxu.az (az.). 02.04.2023. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2023.
  5. "MN: Azərbaycan ordusunun hərbi qulluqçusu minaya düşərək həlak olub". www.azertag.az (az.). 02.04.2023. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2023.
  6. "Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub". www.ordu.az (az.). 02.04.2023. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2023.