Novruz xonçası

Novruz — bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.[1] Bayram ərəfəsində müxtəlif cür adət-ənənələrlə rastlaşmaq olar. Küsülülərin barışması, qapılara qulaq asmaq, yumurtanın döyüşdürülməsi, papaq atma və başqa inanclar bu günləri əyləncəli edir. Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır. Bəs bayram xonçası necə bəzədilməlidir? Yurdumuza qədəm qoyan bahar, xonçada nələri görmək istəyir? Novruz xonçası bayram axşamı hazırlanır. Xonçada "s" hərfi ilə başlayan 7 nemətin olması mütləqdir. Səməni həm də həyatın dirçəlməsi deməkdir. Ona görə də ondan hazırlanan halva 7 evə paylanır. Bayram süfrəsində vacib sayılan digər nemət yumurtadır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır. Bayram şirniyyatlarının hərəsinin isə öz mənası vardır. İl təhvil olanda, süfrədə qovurğa və qoz, fındıq da görmək istəyir. Qovurğa bərəkət, qoz, fındıqsa güc deməkdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.
  2. "Novruz xonçası". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.