Nuğay Əliyev

Nuğay Əliyev (tam adı: Nuğay Xasay oğlu Əliyev; 14 noyabr 1947, Şuşa, DQMV) — Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) elektrotexnikanın nəzəri əsasları kafedrasının dosenti.[1]

Nuğay Əliyev
Nuğay Xasay oğlu Əliyev
Doğum tarixi (76 yaş)
Doğum yeri Azərbaycan, Şuşa
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahələri Fizika, Radiotexnika
Elmi dərəcəsi Texnika elmləri namizədi
Elmi adı Dosent
İş yeri Azərbaycan Texniki Universiteti-nin “Elektrotexnikanın nəzəri əsasları” kafedrası
Alma-mater Azərbaycan Texniki Universiteti
Təhsili Azərbaycan Texniki Universiteti, Avtomatika və hesablama texnikası
Tanınır Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri

Nuğay Əliyev 14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub.

Ailəlidir, iki oğlu var.

1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir.

1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib.

1974-1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat Neft Kimya Avtomatika Layihə İnstitutunun aspirantı olmuşdur.

1981-ci ildən texnika elmləri namizədidir. Namizədlik dissertasiyasının mövzusu "İmpulssistem nəzəriyyəsi əsasında paylanmış parametrli hissə-hissə bircinsli elektrik dövrələrində keçid prosesinin hesablanması" olub.

1984-1987-ci illərdə Az.Pİ-nun radiotexnika fakultəsinin dekan müavini işləmişdir.

1990-cı ildən Azərbaycan Texniki Universitetinin dosentdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

42 elmi məqalənin, 5 dərs vəsaitinin, 1 dərsliyin (H.Məmmədovla birgə) müəllifidir. Onların əksəriyyəti elmi jurnallarda çap olunub. Bir çox beynəlxalq, ümumittifaq və yerli elmi konfrans və simpoziumların iştirakçısı olub.

1999-2001-ci illərdə 6 seriyalı "Bilgi"[2] elmi dərgisinin baş redaktoru olmuşdur.

1988-ci ildə Azərbaycanda təsis olunan ilk qeyri-hökumət təşkilatının[mənbə göstərin] - "Təhsil" Cəmiyyətinin yaranmasında fəal iştirak edib və 28 oktyabr 1989-cü ildə "Təhsil" Cəmiyyətinin İdarə Heyətinin ilk sədri seçilmişdir. "Təhsil" Cəmiyyətinin 1994-cü ilin aprel, 1999-cu ilin may qurultaylarında yenidən sədr seçilmişdir.

  1. [1] Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine AQRA Elmin İnkişafına dəstək birliyi
  2. [2] Arxivləşdirilib 2019-04-10 at the Wayback Machine Bilgi dərgisi haqqında