Nubarəli Nubari

Nubarəli Ağaqulu oğlu Nubari (1912 - 1 yanvar, 1971) — Azərbaycan təsərrüfatçısı, Sosialist Əməyi Qəhrəmanı (1951).

Nubarəli Nubari
Nubarəli Ağaqulu oğlu Nubari
Doğum tarixi
Doğum yeri Sutən, Qaradağ vilayəti, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Şamaxı, Azərbaycan
Vətəndaşlığı

Həyatı[redaktə | mənbəni redaktə et]

Nubarəli Ağaqulu oğlu Nubari 1912-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Sutən kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdu. 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi. 1946-1971-ci illərdə Şamaxı rayonunun Lenin adına sovxozunda fəhlə, manqabaşçısı, şöbə müdiri, briqadir işləmişdi. 1950-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdu.

Nubarəli Nubari 1971-ci ildə vəfat edib.