Null (kompüter)

Null — qiyməti olmayan simvolun kodu. NULL simvolunun kompüter üçün mənası var: yaddaşda yer tutur, simvol kimi göndərilir və ötürülür, ancaq heç nə bildirmir, ekranda və ya kağızda yer tutmur və heç nə etmir. Verilən sahələrini tamamlamaq, sətirləri başa çatdırmaq və informasiya bloklarını bir-birindən ayırmaq üçün NULL çox tez-tez istifadə olunur. Kompüterlərin əksəriyyətində istifadə olunan ASCII yığınında NULL-un kodu 0 olur. Kompüter əməliyyatlarında NULL, həm də ona göndərilən istənilən informasiyanı "tullayan" qurğu kimi istifadə oluna bilər, yəni kompüter üçün belə qurğu ekran və ya printer kimi fiziki "görünə" bilsə də, NUL, alınmış lazımsız və ya test informasiyasını göndərmək üçün "zibil qabıdır".

Boş dövrə (null cycle) — proqramın açılması (yerinə yetirilməsi) üçün gərəkli olan ən qısa zaman aralığı; yəni proqramın yeni verilənlər və ya göstərişlər (komandalar) yığınını emal etmədən "dövr keçməsi" üçün gərəkli olan zaman.

Boş-modem və ya sıfır-modem (null modem) — iki yanaşı duran kompüteri birləşdirmək üçün istifadə olunan xüsusi kabel; modemdən istifadə etmədən iki kompüter arasında faylların ötürülməsi məqsədilə tətbiq olunur.

Boş göstərici

[redaktə | mənbəni redaktə et]

Boş göstərici (null pointer) — proqramlaşdırmada: sıfıra istinad. Göstəricinin belə qiyməti, məsələn, funksiyanın işinin uğursuz nəticəsini bildirə bilər. Bu qiymət çox zaman göstəriciyə başlanğıc, yaxud susqunluq qiyməti kimi mənimsədilir.

Boş sətir (null string) — heç bir simvolu olmayan sətir; uzunluğu sıfır olan sətir.

Sıfır-sonluqlu sətir

[redaktə | mənbəni redaktə et]

Sıfır-sonluqlu sətir (null-terminated string) — sonunda '0' terminal simvolu olan simvollar sətri (CHARACTER STRING). Sıfır-sonluqlu sətirlərdən C proqramlaşdırma dilində, UNIX və Windows əməliyyat sistemlərinin bir çox system proqramlarında istifadə olunur.

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017, 996 s.