Numidiya (lat. Numidia, belar. Inumiden) — Şimali Afrikada, indiki Əlcəzairin şərqində qədim tarixi vilayət və tarixi dövlət.
Numidiya | |
---|---|
belar. Inumiden | |
İdarəetmə forması | Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. I minilliyin sonunda köçəri tayfaların tədricən əkinçilik və oturaq maldarlığa keçməsi ilə Numidiyada polis təşkilatlı şəhərlər formalaşmışdır. Bunlara Sirta (indiki Konstantina), Tutqa, Teveste, Sikka və s. aiddir. E.ə. III əsrdə Numidiya Karfagen dövlətinə tabe edilmişdir. Numidiyada Karfagenin hökmdarlarına qarşı dəfələrlə üsyanlar baş vermişdir. Şərqi Numidiya padşahı Masinissa İkinci Pun müharibəsində (e.ə. 218–201) romalılara yardım göstərmiş və onların köməyi ilə bütün Numidiyanın öz hakimiyyəti altında birləşdirmişdir. Masinissanın (e.ə. 201–149) hakimiyyəti dövründə Numidiya xüsusilə güclənmişdir. Vilayətdə şəhərlər inkişaf etmiş, ərazisi və Aralıq dənizi dövlətləri ilə ticarət əlaqələri genişlənmişdir. E.ə. 111–105-ci illərdə Numidiya Romanın tabeliyinə keçmişdir və e.ə. 46-cı ildə isə Romanın Yeni Afrika vilayətinə çevrilmişdir. Numidiyanın 429–430-cu illərdə vandallar, 533-cü ildə Bizans, VII əsrdə isə ərəblər işğal etmişdir.[1]
Numidiya əhalisi əsasən bərbərlərdən ibarət idi.[1]