Nummulitlər

Nummulit

Nummulitlər (Nummulitida) - iri (16 sm-dək) sekresion karbonat tərkibli, mərciyəbənzər ikitərəfli simmetrik qabıqlı çoxkameralı nəhəng foraminiferlər. Nummulitlər Tetisin əsasən eosen dənizlərində məskunlaşan hərəkətli bentos orqanizmləri olub (Misir, Krım, Kiçik Qafqaz, Talış və b.) təbaşirin sonlarından başlayaraq paleogendə yüksək inkişaf dövrü keçmiş və qalın (nummulit) əhəngdaşı qatları əmələ gətirmişdir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.