Nuptze

Nuptze (şerpcə: नुबचे Nub rtse) — Himalayın Mahalanqur Himal silsiləsinin Xumbu bölgəsində, Nepalda yerləşən dağ. Everestdən 2 kilometr aralıda yerləşir. Nuptze tibet dilində "şərq zirvəsi" mənasını verir və bu ad dağa Lhotze-Nuptze massivinin şərq bölgəsi olduğu üçün verilib.

Nuptze
ནུབ་རྩེ
नुप्त्से
努子峰
Ümumi məlumatlar
Dağ silsiləsi Mahalanqur-Himal
Mütləq hündürlüyü 7.861 m
Nisbi hündürlüyü 305 m
Yerləşməsi
27°57′59″ şm. e. 86°53′24″ ş. u.
Ölkə
Nuptze xəritədə
Nuptze
Nuptze
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nuptze zirvəsi, çoxlu qar boşluqları və qar karnizləri olduğu üçün olduqca təhlükəlidir. Bu dırmaşma üçün bir divar təmin edir, lakin təhlükəsiz dırmaşmaq üçün kifayət qədər etibarl və möhkəm deyil.[1]

Zirvə Hündürülüyü

m/ft

Enlik

(şm.)

Uzunluq

(ş.)

Nuptze I 7,861 metr (25,791 ft) 27°57′59″ 86°53′24″
Nuptze II 7,827 metr (25,679 ft) 27°57′52″ 86°53′34″
Nuptze Şar I 7,804 metr (25,604 ft) 27°57′41″ 86°53′47″
Nuptze Nup I 7,784 metr (25,538 ft) 27°58′05″ 86°53′08″
Nuptze Şar II 7,776 metr (25,512 ft) 27°57′39″ 86°53′55″
Nuptze Nup II 7,742 metr (25,400 ft) 27°58′06″ 86°52′54″
Nuptze Şar III 7,695 metr (25,246 ft) 27°57′30″ 86°54′42″

Dağın əsas zirvəsi olan Nuptze I, 16 May 1961-ci ildə Dennis Devis və Serp Taşi tərəfindən və ertəsi gün Joe Valmsleyin başçılıq etdiyi İngilis ekspedisiyasının üzvləri Kris Boninqton, Les Braun, Ceyms Svallou və Pemba Şerp tərəfindən fəth edildi.[2][3] Onların istifadə etdiyi bu marşrut Nuptze dağı üçün Skott marşrutu adlanır. Dağ bundan sonra 1961 və 1996-cı illər arasında cəmi iki dəfə fəth edildi.[4]

1975-ci ildə İngilis/Nepal Ordusunun birgə komandası Skott Marşrutu ilə zirvəyə cəhd etdi, lakin təəssüf ki, qrup son koldan düşdü və bu uğursuzluğa qaya ya da qar uçqununun səbəb olduğu düşünülür.[5][6]

Uzun bir fasilədən sonra Nuptze 1990-2000-ci illərdə yenidən yüksək təcrübəli alpinistlərin hədəfinə çevrildi və həmçinin qərb, cənub və şimal yamaclarına da mühüm marşrutlar quruldu. Nuptze cənubdan və ya qərbdən baxanda kəskin bir zirvə olsa da və onun topoqrafik hündürülüyü, yöni nisbi hündürlüyü yalnız 319 metr (1,047 ft)-dir. Buna görə də dağ, ən yüksək dağlar siyahısında yer almır.

30 aprel 2017-ci ildə məşhur İsveçrə alpinisti və sürət alpinisti Ueli Stek, Nuptze Divarının şimal tərəfindəki mövsümi dırmanış zamanı, Sükut dərəsindəki Düşərgə 1 yaxınlığında baş verən qəzada öldü.

  1. Arnette, Alan. "The Full Story of Kenton Cool and the Triple Crown". Outside Online (ingilis). 2013-05-29. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
  2. Walmsley, Joe. "Nuptse" (PDF). Alpine Journal. Alpine Club. 1961: 209–234. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 April 2014.
  3. Bonington, Chris. "Nuptse" (PDF). Journal. The Climber's Club. XIII (3). 1962: 306–312. 23 September 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 April 2014.
  4. "Nuptse Overview - Peakware.com". peakware.com (ingilis). 2017-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
  5. Nuptse 1975 Alpine Journal http://www.alpinejournal.org.uk/Contents/Contents_1976_files/AJ%201976%20107-116%20Fleming%20Nuptse.pdf Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  6. The Army Board of Inquiry Report into the deaths with photographs is available from the National Archives https://discovery.nationalarchives.gov.uk/results/r?_q=nuptse+expedition Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine (retrieved 8/01/2020)