Nurəddin Ağahüseynov (tam adı; Nurəddin Aslan oğlu Ağahüseynov; 15 dekabr 1951, Həsənabad, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Neftçala, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Nurəddin Ağahüseynov | |
---|---|
Nurəddin Aslan oğlu Ağahüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Sovetabad, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Neftçala, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | 20 Yanvar faciəsi |
Dəfn yeri | Həsənabad, Neftçala rayonu |
Vətəndaşlığı | SSRİ |
Atası | Aslan |
Milliyyəti | azərbaycanlı |
1951-ci ildə Neftçala rayonun Sovetabad kəndində (indiki Həsənabad qəsəbəsi) anadan olmuşdur. 8 illik məktəbi bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) şəhərində hərbi qulluqda olmuşdur. 1972-ci ildə Azərbaycan Yüngül Sənaye Texnikumunu bitirib və müxtəlif sahələrdə işləmişdir. Son işi Neftçala rayonunun 26-lar qəsəbə yeməkxanasında aşpaz olmuşdur. Doğulduğu kənddə yaşamışdır.
Ailəli olmuş, iki qızı (İlahə, Xəyalə) və bir oğlu (Tərlan) yadigar qalmışdır.[2]
1990-cı il yanvarın 25-də axşam təxminən saat 19-da yoldaşı ilə sükanında oturduğu «Zaporojets»də işdən evə gələrkən Neftçala mərkəzi univermağının qarşısında tankları görmüş, geri dönməyə çalışarkən ona güllə dəymişdir. Güllə boynundan dəyib alnından çıxmış, aldığı xəsarətdən həmin gün xəstəxanada vəfat etmişdir.[3]
Nurəddinin ölümü haqqında iki şəhadətnamə çıxarılıb. Birinci şəhadətnamədə göstərilir ki, o öz əcəli ilə ölüb. Qaynatası Əliağa kişinin dediyinə görə Nurəddinin öldürülməsi haqqındakı şəhadətnaməni çox çətinliklə almış, böyük çək-çevirdən sonra kiminsə "saqqalı" altından keçmişdir.
Neftçala rayonundakı Həsənabad qəsəbəsində, dədə-baba yurdunda dəfn edilmişdir.[4]