Nurəddin Babayev (1935, Ağqula, Marneuli rayonu – 5 dekabr 2004, Sumqayıt) — Azərbaycan Milli Məclisinin deputatı (1990–1995), "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti (1995–1998).
Nurəddin Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 2004 |
Vəfat yeri | |
Fəaliyyəti | alim |
Nurəddin Bərgah oğlu Babayev 1935-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) rayonunun Ağqula kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Sadaxlı kənd orta məktəbində bitirmişdir. 1954–1957-ci illərdə keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1958-ci ildən 1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist, növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və zavod direktoru vəzifələrində çalışmışdır.
Nurəddin Babayev 1975-ci ildə Sumqayıt Üzvi Sintez Zavoduna direktor təyin olunmuş və 1987-ci ilə kimi bu vəzifədə işləmişdir. 1987-ci ildən Birliyin baş direktoru təyin edilmişdir. 1966-cı ildə Nurəddin Babayev "SSRİ-nin Kimya əlaçısı", 1985-ci ildə isə "Fəxri Kimyaçısı" adına layiq görülmüşdür. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1995–1998-ci illərdə "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti işləmişdir. Nurəddin Babayev on il Sumqayit Şəhər Partiya Komitəsinin büro üzvü, beş il şəhər Soveti İcraiyyə Komitəsinin üzvü olmuşdur.
O, 1990-cı ildən texnika elmləri namizədi elmi adı almaq üçün dissertasiya müdafiə etmiş, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru fəxri adına layiq görülmüşdür. Dəfələrlə Azərbaycan KP və Sov. İKP qurultaylarına nümayəndə, AKP-nin XXXII qurultayında Nəzarət Təftiş Komissiyasının üzvü seçilmişdir.
Nurəddin Babayevin səmərələşdirici təklifləri dəfələrlə qəbul edilmişdir.
O, 54 elmi əsərin müəllifi, 20-ə yaxın beynəlxalq kofrans və müşavirələrin iştirakçısı olmuşdur.
Nurəddin Babayev 2004-cü il dekabrın 5-də Sumqayıt şəhərində vəfat etmişdir.