Nurəddin Qənbər (azərb. Nurəddin Qənbər oğlu Mirzəyev; d.20 iyun 1933, Ağcabədi, Qaradolaq k.) — nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Fəxri cərrahı, Müharibə və Əmək vətəranı.
Nurəddin Mirzəyev | |
---|---|
Nurəddin Qənbər oğlu Mirzəyev | |
Digər adı | Nurəddin Qənbər |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Qaradolaq k. |
Vətəndaşlığı | Azərbaycan → SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Mükafatları | "Qızıl qələm" və "İsi Məlikzadə adına mükafat" və b. |
1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M. Qorki adına orta məktəbi bitirib. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirir. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlamışdır. 1957–61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961–71-ci illərdə Azərbaycanda — Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973–74-cü illərdə isə baş həkim vəzifəsində çalışmışdır. Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N. Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir.
Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirmişdi. Həmçinin etdiyi tərcümələr ilə[1] diqqəti cəlb edən N. Qənbərin "Meymunun dəfni", "Başsız meyit", "Zirzəmi", "Boğanaq", "Yoldaş, sən kim aparıb" adlı romanları, "Kiçik qardaş", "Qoşa söyüdün nağılı", "Yaralı qağayı", "Bir məhəllənin nağılı" adlı povestləri, habelə bir sıra hekayələri publisit yazıları, pyesləri dövri mətbuatda, həm də nəşriyyatlarda toplu hald çap olunmuşdur. 2009-cu ildə Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilib.[2]
Dörd medalla təltif olunan nasir, eyni zamanda "Qızıl qələm" və "İsi Məlikzadə adına mükafat"ın laureatı, səhiyyə əlaçısıdır.