Nuran Hüseynov

Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim.[1]

Hacı Nuran
Nuran Hüseynov
Digər adı Hacı Nuran
Doğum tarixi 31 yanvar 1977(1977-01-31) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Nəriman Hüseynov
Təhsili
Fəaliyyəti televiziya aparıcısı, xeyriyyəçi, ictimai xadim

Həyatı[redaktə | mənbəni redaktə et]

31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur.

TV fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2012-ci il "İlin Xeyriyyəçisi"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Haqqında". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  2. "Hacı Nuran yeni xeyriyyə fondu". 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.