Nurfələk Qadınəfəndi

Nurfələk Qadınəfəndi (v. 15 avqust 1916) — Osmanlıların MisirSudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Sultan Hüseyn Kamilin anası.

Nurfələk Qadınəfəndi
18 yanvar 1863 – 26 iyun 1879
20 dekabr 1914 – 15 avqust 1916
Şəxsi məlumatlar
Vəfat tarixi 15 avqust 1916(1916-08-15)
Dəfn yeri İmam Şafii türbəsi, Qahirə, Misir xədivliyi
Həyat yoldaşı
Uşağı

Həyatının ilk illəri, Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün bu nigahdan 21 noyabr 1853-cü ildə yeganə övladı - Hüseyn Kamil dünyaya gəldi.

1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Nurfələk xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü. Sabiq xədivin digər ailə fərdləriylə birlikdə Qahirədəki Safran sarayında yaşamağa davam edən Nurfələk xanım oğlunun 20 dekabr 1914-cü ildə taxta çıxmasının ardından Validə sultan ünvanı aldı.

Ancaq cəmi 2 il sonra 15 avqust 1916-cı ildə İsgəndəriyyədəki Mamurə sarayında vəfat etdi və cənazəsi Qahirədəki İmam Şafii türbəsinə dəfn edildi.

  • Tanman, M (2011). Nil kıyısından Boğaziçi'ne: Kavalalı Mehmed Ali Paşa Hanedanı'nın İstanbul'daki izleri. İstanbul: İstanbul Araştırmaları Enstitüsu. p. 48. ISBN 978-975-9123-95-6
  • Tucker, Spencer; Roberts, Priscilla Mary (2005). World War I: A Student Encyclopedia. ABC-CLIO. pp. 898. ISBN 978-1-851-09879-8
  • Ward, Major C.H. Dudley (29 March 2012). The 74th Yeomanry Division in Syria and France. Andrews UK Limited. p. 8. ISBN 978-1-781-51519-8
  • Doumani, Beshara (2003). Family History in the Middle East: Household, Property, and Gender. SUNY Press. ISBN 978-0-791-48707-5