Nurgül Yeşilçay (26 mart 1976[1], Afyonkarahisar) — Türk aktrisası. Sənətçi xüsusilə 2000-ci illərdə oynadığı rollarla tanınır.
Nurgül Yeşilçay | |
---|---|
türk. Nurgül Yeşilçay | |
Doğum tarixi | 26 mart 1976[1] (48 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, kinorejissor |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili | |
IMDb | ID0947721 |
Vikianbarda əlaqəli mediafayllar |
Nurgül Yeşilçay 26 mart 1976-cı ildə Afyonkarahisarda anadan olub. Orta təhsilini İzmirdə bitirib. 2001-ci ildə Eskişehir Anadolu Universitetində Teatr Fakültəsini bitirib. O, universitetdə oxuduğu müddətdə rol aldığı "İkinci bahar" serialındakı "Gülsüm" obrazı ilə tanınıb. 2002-ci ildə rejissor Çağan Irmakın çəkdiyi Asmalı Konak serialında "Bahar Karadağ" obrazı ilə daha çox məşhurlaşıb. Elə həmin il Teomanla birlikdə Mumiya Firarda filmində rol aldı. 2003-cü ildə Abdullah Oğuzun rejissoru olduğu Asmalı Konak serialının davamı olan "Asmalı Konak: Hayat" filmində Özcan Dənizlə baş rolu paylaşıb. 2005-ci ildə 12-ci Adana Qızıl Koza Film Festivalında Atıf Yılmazın rejissorluq etdiyi Eğreti Gəlin filmindəki "Kostak emine" roluna görə Ən Yaxşı Qadın Oyunçu Mükafatını aldı. Həmin il Hande Ataizi ilə "Melekler adası" serialında rol alıb. 26 oktyabr 2004-cü ildə eyni serialda rol alan Cem Özerlə ailə həyatı qurub. O, hamiləliyinin son ayında Melekler adası serialından ayrılıb. O, 22 may 2005-ci ildə oğlu Osman Nejatı dünyaya gətirib.
Yenə 2004-cü ildə beş rejissorun çəkdiyi "Anlat İstanbul" filmində "Saliha" obrazını canlandırıb. O, 2005–2006 mövsümündə ATV-də yayımlanan Belalı Baldız serialında Berna Laçın və Kenan Işıkla baş rolu paylaşıb. 2006-cı ildə Cem Özerlə "Sen Olmasaydın" adlı teatr tamaşasında rol alıb. 2006-cı ilin sentyabrında Fatih Akının ssenaristi, rejissorluğu və prodüseri olduğu Yaşamın kıyısında filminin çəkilişlərinə başladı. Lezbiyan türk qızı "Aytən Öztürk" obrazını canlandırdığı film 2007 də 60. Cannes Film Festivalında "Altın Palmiye " üçün yarışıb və "Ən yaxşı ssenari" mükafatını qazanıb. 2007-ci ildə Ezo Gelin serialında "Ezo Gelin" obrazını canlandırıb. O, Yaxın Şərqin ən mühüm kinofestivallarından sayılan 31-ci kahire Beynəlxalq Film Festivalında məşhur britaniyalı rejissor Nicolas Roeg in sədrlik etdiyi əsas münsiflər heyətində iştirak edib.
2011-ci ilin fevralında Cem Özerdən boşanıb. 5 yanvar 2010-cu ildə ATV-də yayımlanmağa başlayan və serial 2011-ci ildə bitən Aək ve Cəza serialında Murat Yıldırımla baş rolu paylaşıb. Həmin il Show TV-də yayımlanan "Sensiz Olmaz" serialında baş rolda rol alıb. Daha sonra 2012-ci ildə Kanal D-də yayımlanan Sultan serialında rol alıb və serialın 20-ci bölümü ilə ekranlarla vidalaşıb. 2013-cü ildə Aşk Kırmızı filmində rol alıb. O, "Galip Derviş" və "İşler Güçler" serialında qonaq rol alıb. Həmin il Bebek İşi serialında "Candan" obrazını canlandırıb. 2014-cü ildə "Gecə" filmində oynayıb və "Cinayet" serialında rol alıb. 2015-ci ildə əfsanəvi Paramparça serialında canlandırdığı "Gülseren" obrazı ilə zirvə sahibi olan Yeşilçay 2016-cı ildə ssenariyə görə dünyasını dəyişib və serialdan ayrılıb. Nurgül Yeşilçay 2020–2021-ci illər arasında FOX-da yayımlanan Kefaret serialında Mert Fıratla baş rolu paylaşıb.[2]
O, Afra Saraçoğlu ilə bir barda bir gecə tamaşasında iştirak etmişdir. O, FOX kanalında yayımlanan "Son nefesime kadar" serialında baş rolu oynayıb. Serial 23 mart 2022-ci ildə yayımlanan 5-ci bölümü ilə sona çatdı.
Kino | |||
---|---|---|---|
İl | İstehsal | Rol | Qeydlər |
1998 | Hər şey çox gözəl olacaq | Tibb bacısı | ilk kinofilm |
2001 | Şəlalə | Nərgiz | |
2002 | Qaçmış Mumiya | Fatimə | |
2003 | Asmalı Konak: Həyat | Bahar Monteneqro | |
2004 | İstanbula deyin | Yatan Gözəl Salihə | |
2005 | Müvəqqəti Gəlin | Kostak Emine | |
2007 | Adəmin qatarları | Həcər | |
2007 | Həyatın Kənarında | Ayten Öztürk | |
2008 | Vicdan | Aydanur | |
2009 | Hörmüz 7 Ərlə | Hörmüz | |
2011 | Çınar Ağacı | Sonay | |
2013 | Sevgi Qırmızıdır | Nazlıgül | |
2013 | Şanzelize Oğrusu | Nadia | Qısa film |
2014 | Gecə | Süsən | |
2014 | Tezliklə | Tibb bacısı | |
2015 | Köstəbəkgillər: Pərili Meşə | köstəbək | Səsləndirmə |
2016 | İkinci Şans | Yasəmən | |
2017 | Gözel Cin | Dilarəm / Cin | |
2022 | Bu Ailə Kimdir? | Bənövşə | |
2022 | Məhəllədən olan dostlar | İlknur |