Nuzi məmulatları — e.ə. XV–XIII əsrin əvvəllərinə aid xüsusilə Mitanni dövləti ilə əlaqəli olan keramika məmulatının növü. İlk dəfə indiki İraqınNuzi ərazisində müəyyən edilmişdir. Bu, daha çox sosial baxımdan yüksək səviyyəli kontekstdə rast gəlinən boyalı prestijli dulusçuluq işidir.
Nuzi məmulatları adətən qərbdə Oront çayı vadisindən şərqdə Babilə qədərki ərazidə tapılmışdır.[1] Cənubda nümunələr Mitanni dövlətinin təsir dairəsindən kənarda yerləşən Kətnə şəhərində də tapılmışdır.[2]
Yaxın Şərqdə Tunc dövrünə aid saxsı məmulatları əsasən bəzəksizdir. Nəfis şəkildə bəzədilmiş, zərif qab formalarına malik Nuzi məmulatları tədqiqatçılar arasında tez bir zamanda xüsusi marağa səbəb olmuşdur.[3]
↑Diana L. Stein: Khabur Ware and Nuzi Ware: Their Origin, Relationship, and Significance. Malibu 1984, p. 24.
↑Peter Pfälzner: Nuzi Ware Vessels, in: Joann Aruz, Kim Benzel, Jean M. Evans (Hrsg.): Beyond Babylon, Art, Trade, and Diplomacy in the Second Miellennium B.C., The Metropolitan Museum of Art, New York, Yale University Press, New Haven and London, ISBN 978-1-58839-295-4, p. 199 Nr. 120a, b.