Nyu-York Tibb Akademiyası

Nyu-York Tibb Akademiyası — 1847-ci ildə Nyu-York aqlomerasiya regionun bir qrup aparıcı həkimi tərəfindən tibbi praktikada tibb peşəsinin səsi kimi təsis edilmiş səhiyyə təşkilatı. 1866-cı ildə akademiya ABŞ-nın ilk müasir bələdiyyə ictimai səhiyyə orqanı və bugünkü Səhiyyə Departamentinin xəbərçisi olan Böyükşəhər Səhiyyə Şurasının yaradılmasında mühüm rol oynadı. Bu gün akademiyada həkimlər, tibb bacıları, səhiyyə idarəçiləri və sağlamlığın qorunmasına həsr olunmuş bütün sahələrdə peşəkarlar daxil olmaqla üç mindən çox tərəfdaşı var.

Nyu-York Tibb Akademiyası
NYAM
Loqonun şəkli
Növü 501(c)(3) təşkilatı[d][1]
Yaranma tarixi 1847
Mərkəzi
nyam.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2016-cı ildə akademiya 169 yaşını qeyd etmişdir.

Nyu-York Tibb Akademiyası 6 yanvar 1847-ci ildə yaradılmışdır. 8 dekabr 1846-cı ildə qəzetlərdə şəhər həkimlərinin üç gün sonra Nyu-York Elmlər Akademiyasında görüşmələrini xahiş edən bildirişlə başladı. Sənədi imzalayan üç şəxs Nyu York Universiteti Tibb Məktəbinin prezidenti həkim Valentin Mott, Kolumbiya Universiteti Həkimlər və Cərrahlar Kollecinin prezidenti Aleksandr H. Stivens və Nyu York Tibb Cəmiyyətinin prezidenti İsaak Vud idi. İlk iclasa akademiyanın ilk prezidenti olan Con Stearns sədr təyin edildi.

1854-cü ildə akademiya tibb ixtisası üzrə bölmələrə bölündü. İlkin bölmələrə Nəzəriyyə və Təcrübə, Qadın və Uşaqların Doğuş və Xəstəlikləri, Anatomiya, Cərrahiyyə və Kimya daxil edilmişdir.

Birinci Dünya Müharibəsi zamanı akademiya öz binasını satmağı planlaşdırırdı. Luiz Şerri adlı bir adam 1918-ci ildə akademiyanın qəbul etdiyi əmlakla bağlı təklif irəli sürdü. Şerrinin təklifinə binanı 10 il müddətinə illik 5000 dollara icarəyə götürmək və əmlakı 5 il ərzində 100.000 dollara almaq imkanı da var idi.

Akademiyanın girişi.

1926-cı ildə Akademiya York və Soyer tərəfindən eklektizm üslubda layihələndirilmiş yeni altı mərtəbəli binaya köçdü.[2]

Zahiri görünüşü

[redaktə | mənbəni redaktə et]

Binanın zahiri görünüşünün tikilməsində əhəngdaşı və qumdaşı növlərinin birləşməsindən və əsas girişdə, şir heykəlləri ilə örtülmüş Romanesk qapaqları olan bir sıra sütunlardan istifadə edilmişdir. Akademiyanın qapıları çiçək naxışlar və tuncdan hazırlanmış tibb və həkimlər tanrısı Asklepinin və Asklepinin qızı, sağlamlıq ilahəsi Higeya'nın kiçik fiqurları ilə bəzədilmişdir. Eyni zamanda eksteryerdə Siseron, Hippokrat, SenekaVergili kimi görkəmli müəlliflərin çoxlu latın yazıları qeyd olunmuşdur.

Binanın dizaynında sağlamlıq və tibb tarixini xatırladan bir çox dekorativ elementlər var. Əlavə olaraq, müxtəlif heyvanlar Levanto mərmərindən əsas lobbi döşəməsində təqdim olunur, məsələn, keçi (şəhvətli, reproduktiv gücü simvollaşdırır), ilanlar (uzun ömür və cavanlaşmanı bildirən tanrı Asklepinin simvolu) və mandrake kökü (folklorda müalicəvi xüsusiyyətlərə malik olduğuna inanılır).

Koller Nadir Kitab Zalı

Kitabxana 1847-ci ildə yaradılmasına baxmayaraq 1878-ci ilə qədər ictimaiyyətə açıq deyildi. Akademiya Kitabxanası tibb və ictimai səhiyyənin ən əhəmiyyətli kolleksiyalarından birinə ev sahibliyi edir. Hal-hazırda kitabxanada 550,000-dən çox mənbə var. Kitabxana Nyu York Tibb Akademiyasının Tibb və İctimai Sağlamlıq Tarixi Mərkəzinin bir hissəsidir. Eyni zamanda bura Koller Nadir Kitab Oxu Zalı da daxildir.

Müharibə dövrü

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya Müharibəsi zamanı kitabxana müharibə zamanı səylərə kömək etmək üçün qapılarını açdı. Kitabxana təkcə əsgərlərə deyil, hamı üçün açıq idi.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

1947-ci ilə qədər kitabxanada 252.000 cild var idi. Kitabxana ictimaiyyətə açıq olmağına baxmayaraq yalnız təqaüdçülər və bəzi ödənişli abunəçilər borc almaq imtiyazlarına malik idilər. Kitabxanada həmçinin nadir biblioqrafik əsərlər və tibbi kitablar kolleksiyası olan Nadir Kitab Zalı var. 1949-cu ildə Nyu York İctimai Kitabxanası Nyu York Tibb Akademiyasına təxminən 22.000 tibbi əsər bağışladı.

  • Tibbdə Görkəmli töhfələrə görə Con Sterin Medalı. (1992)[3]
  • Xalq Sağlamlığında Fərqli Töhfələrinə görə Stefan Smit Medalı. (2005)[4]
  • Səhiyyə Siyasətində Fərqli Töhfələrə görə Akademiya Medalı. (2008)[5]
  • Biotibbi Elmdə Fərqli Töhfələrə görə Akademiya Medalı. (1929)[6]
  • Akademiyaya müstəsna xidmət üçün Akademiya Lövhəsi. (1952)[7]
  1. 1 2 https://www.charitynavigator.org/ein/131656674.
  2. Brown, Mabel Webster. "Art and Architecture of the Academy of Medicine's New Home". Medical Journal and Record. December 1, 1926: 729–734.
  3. "The John Stearns Medal for Distinguished Contributions in Medicine". New York Academy of Medicine. fevral 19, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 19, 2011.
  4. "The Stephen Smith Medal for Distinguished Contributions in Public Health". New York Academy of Medicine. fevral 19, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 19, 2011.
  5. "The Academy Medal for Distinguished Contributions in Health Policy". New York Academy of Medicine. fevral 19, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 19, 2011.
  6. "The Academy Medal for Distinguished Contributions in Biomedical Science". New York Academy of Medicine. fevral 19, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 19, 2011.
  7. "The Academy Plaque for Exceptional Service to the Academy". New York Academy of Medicine. fevral 19, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 19, 2011.