Nyutonun beşiyi — müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini nümayiş etdirmək üçün İsaak Nyuton tərəfindən düşünülmüş mexaniki sistem.
İlk dəfə 1967-ci ildə aktyor Saymon Prebbl[1] tərəfindən hazırlanan bu oyuncağı günümüzdə bir çox ofislərdə və kabinetlərdə stolüstü əşya kimi görmək olar. Dünyada ən böyük Nyuton beşiyinə Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O,hər biri 6,8 kq olan 16 ədəd boulinq şarından ibarətdir.