Nyuton dağı (norv. Newtontoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ən böyük zirvə. Zirvə Qərbi Şpitsbergen adasında yerləşir. Zirvənin hündürlüyü 1713 metrə çatır. Nyu-Frisland yarımadasının[2] cənubunda yerləşir. Zirvəni ilk dəfə 1900-cü ildə rus və norveçli geoloq, minereloq və Şpitsbergenə təşkil olunmuş rus-isveç ekspedisiyasının iştirakçısı Helqe Qyotrik Baklund[3] fəth etmişdir. Zirvə ingilis alim İsaak Nyutonun şərəfinə adlandırılmışdır.
Nyuton dağı | |
---|---|
norv. Newtontoppen | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1713[1] |
Yerləşməsi | |
79°00′36″ şm. e. 17°29′24″ ş. u. | |
Ölkə | Norveç |
|
|
Vikianbarda əlaqəli mediafayllar |